Şirkətimiz yaşıllıq sahələrinin və landşaft ərazilərinin qulluq işlərini həyata keçirəcək Bağban axtarır. Namizəd bitkilərin sağlam saxlanılması, ərazinin səliqəli görünüşünün qorunması və gündəlik bağçılıq işlərinin icrasını təmin edəcək.
- Yaşıllıq və landşaft ərazilərinə gündəlik qulluq göstərilməsi;
- Ağac, gül və digər bitkilərin əkilməsi, suvarılması və budanması;
- Bitkilərin sağlamlığının qorunması və zərərvericilərə qarşı tədbirlərin görülməsi;
- Ərazinin təmiz və səliqəli saxlanılmasının təmin edilməsi;
- Gübrələmə və torpaq qulluq işlərinin həyata keçirilməsi;
- Bağçılıq avadanlıqları və alətlərindən düzgün istifadə olunması;
- Mövsümi bağçılıq işlərinin yerinə yetirilməsi;
- Əmək təhlükəsizliyi qaydalarına riayət olunması.