Təsvir
- Şöbənin fəaliyyəti ilə əlaqədar hüquqi sənədlərin layihələrini hazırlamaq;
- Qərar, əmr, sərəncam, müqavilə, məktub, digər hüquqi akt və sənəd layihələrinə qanunvericiliyin və daxili normativ sənədlərin tələbinə uyğun şəkildə baxmaq, həmin layihələrə münasibət bildirmək;
- Struktur bölmələrindən daxil olmuş müraciətlər əsasında mülki-hüquqi müqavilə layihələrinin hazırlanmasını təmin etmək;
- Şöbənin icraatında olan işlərə qanunvericiliyin tələbinə uyğun şəkildə baxılması, rəy verilməsi və icrası ilə əlaqədar müvafiq sənədlərin layihələrinin hazırlanmasını təmin etmək;
- Qanunvericiliyin tətbiqi ilə bağlı yaranmış məsələlərə münasibət bildirilməsi məqsədilə daxil olmuş müraciətlərə (sorğulara) və cavab məktublarının layihələrinə baxmaq, həmin layihələrə münasibət bildirmək;
- Daxili tənzimləyici sənədlərin layihəsini hazırlamaq, digər hüquqi təminat, hüquqi təhlil və ekspertiza işlərini yerinə yetirmək;
- Qanunvericiliyə uyğun olaraq kommersiya sirri, digər konfidensial və xidməti məlumatları qorumaq;
- Peşə hazırlığının və ixtisaslarının artırılması istiqamətində görülən tədbirlərdə iştirak etmək;
- Vəzifə və funksiyalarına uyğun olaraq rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrasını təmin etmək.
Tələblər
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Azərbaycan-səlis, rus və ingilis dilləri arzu olunandır;
- MS Office proqramları biliyi;
- Məsuliyyət, təşkilatçılıq və qərarvermə kimi müsbət göstəricilər sahib olmaq;
- Yaxşı ünsiyyət, və komanda ilə işləmək bacarığı ;
- Mülki, mülki-prosessual, əmək, qeyri-dövlət (özəl) mühafizə, mənzil, daşınmaz əmlak sahəsində qanunvericiliyi mükəmməl bilmək;
- Hüquqşünaslıq üzrə bakalavr dərəcəsi.
Vakansiya haqqında
Son tarix
oktyabr 23, 2024
Paylaşılıb
sentyabr 13, 2024
Kateqoriya
Hüquqİmtiyazlar
- “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük
- Könüllü tibbi siğorta
- Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı