Şirkətin fəaliyyət istiqamətləri üzrə daxili tənzimləyici sənəd və müqavilə layihələrinin hazırlanması və hüquqi ekspertizasının aparılması;
Daxil olan qərar, əmr, sərəncam, müqavilə, məktub və digər sənədlərin qanunvericiliyə və daxili normativ aktlara uyğunluğunun yoxlanılması, hüquqi rəy və təkliflərin hazırlanması;
Struktur bölmələrdən daxil olan yazılı və şifahi sorğulara cavab verilməsi, hüquqi dəstəyin göstərilməsi və metodiki köməklik;
Hüquqi təminat, təhlil və ekspertiza sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi ilə bağlı təkliflərin hazırlanması;
Məhkəmə işlərinin təhlili, icmallaşdırılması və nəticələr barədə hesabatların təqdim edilməsi;
Komplayens prosedur və metodologiyaların hazırlanması, risklərin müəyyənləşdirilməsi və aradan qaldırılması üzrə nəzarətin həyata keçirilməsi;
Biznes və inzibati proseslər üzrə boşluqların və təkmilləşdirmə ehtiyaclarının müəyyən olunması, müvafiq təkliflərin hazırlanması;
Qanunvericilik dəyişikliklərinin izlənilməsi və biznes proseslərə təsiri barədə rəhbərliyin məlumatlandırılması;
İş planlarının (aylıq, rüblük, illik) hazırlanması və icrası;
Əməkdaşların tənzimləyici sənədlər üzrə məlumatlılığının artırılması, təlimlərin təşkili;
Müqavilə və digər sənədlərin qeydiyyatı, sistemləşdirilməsi və hesabatlılığın təmin edilməsi.
Tələblər
Hüquq, idarəetmə, uyğunluq və ya əlaqəli sahədə ali təhsil;
Komplayns sahəsində minimum 3-5 il iş təcrübəsi;
Azərbaycan Respublikasının hüquqi bazası haqqında biliklər;
ISO 41001 və ya digər idarəetmə sistemləri üzrə biliklər üstünlükdür;
Analitik düşüncə, detallara diqqət və güclü təşkilati bacarıqlar;
Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
MS Office proqramlarında sərbəst işləmək bacarığı;