Facility Management Group

İnşaat mühəndisi

01-04-2024

1.2K

Bağlanılıb

Təsvir

·  İcra olunacaq layihələrin hazırlıq mərhələsinə dair müayinə, mühəndis-axtarış və planlaşdırma işlərində, habelə, metodologiya və icra üsullarının hazırlanmasında iştirak etmək, tələb olunan sənədləri tərtib etmək və müvafiq hesabatların hazırlanması üçün tələb olunan məlumatları təqdim etmək;

·  Tikintinin başlanması üçün tələb olunan sənədlərin tamlığını və düzgünlüyünü yoxlamaq, müvafiq düzəlişlər tələb olunduqda zəruri tədbirlərin görülməsi üçün müraciət etmək və nəzarət altında saxlamaq;

·  Tikinti sahələrində yerinə yetiriləcək işlər üçün hazırlıq təşkilinə, hazırlıq işlərinin yerinə yetirilməsinə və qrafiklərinə nəzarət etmək;

·  Tikinti sahələrində yerinə yetirilən işlərə nəzarət etmək, işlərin hissəli və bütövlükdə qəbulunda, bitmiş bina/qurğuların təhvil-təslimində iştirak etmək;

·  Tikinti layihələrinin planlarına, habelə iş qrafiklərinə riayət edilməsinə, tikinti-quraşdırma, təmir, bərpa və yenidən qurma işlərinin həcm, müddət və keyfiyyət baxımından qoyulan tələblərə uyğunluğuna nəzarət etmək;

·  İstifadə olunan və quraşdırılan material, avadanlıq və konstruksiyaların təsdiqlənmiş layihə-smeta sənədlərinə, işçi cizgilərinə, standart və normalara uyğunluğuna nəzarət etmək;

·  Yerinə yetirilən işlərin texnoloji ardıcıllığına, icra üsullarına, layihə və normativ sənədlərin tələblərinə uyğun aparılmasına nəzarət edərək təmin etmək;

·  Şəhərsalma və tikinti sahəsinə dair normativlərə əsasən tələb olunan sənədləri tərtib etmək;

·  Nəzarət edilən tikinti sahələrinə digər tərəflərdən tələb olunan sənədlərin tərtibini təmin etmək;

·  Aşkarlanan qüsurların aradan qaldırılmasını və müvafiq tədbirlərin görülməsini təmin etmək;

·  Yerinə yetirilən işlərdə gecikmə və keyfiyyətin pisləşmə səbəblərini araşdıraraq önləyici tədbirlər görmək;

·  Yerinə yetirilmiş işlərin qeydiyyatını apararaq müvafiq hesabatların hazırlanması üçün məlumat təqdim etmək;

·  Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirmək, təşəbbüskar olmaq, ixtisasını daim təkmilləşdirmək;

·  Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ – hüquqi aktların tələblərinə ciddi riayət etmək.


Tələblər

· İnşaat mühəndisliyi ixtisası üzrə ali təhsil;

· Müvafiq sahə üzrə azı 3 il iş təcrübəsi;

· Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili – arzuolunandır;

· Kompüter bacarıqları: MS Office, Autocad;

· Tikinti normalarına dair biliklər;

· Yüksək səviyyədə ünsiyyət və komandada işləmək bacarığı.

Vakansiya haqqında

Son tarix

aprel 29, 2024

Paylaşılıb

aprel 1, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Tikinti və Daşınmaz əmlak

İmtiyazlar

  • • “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük
  • Performansdan aslı olaraq bonuslar
  • Könüllü tibbi siğorta
  • Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı