
Təsvir:
Biz yaşayış kompleksləri, biznes mərkəzləri, ticarət mərkəzləri və digər daşınmaz əmlak aktivlərinin idarə olunması sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biriyik. Şirkətimizin İnsan Resursları üzrə gündəlik əməliyyat proseslərinə dəstək verəcək, sənədləşmə və kargüzarlıq işlərinin dəqiq icrasında iştirak edəcək İnsan Resursları üzrə təcrübəçi axtarırıq.
Bu rol əməkdaşların şəxsi işlərinin formalaşdırılmasına, kadr kargüzarlığı sənədlərinin hazırlanmasına, məzuniyyət, ezamiyyət və davamiyyət uçotunun aparılmasına, eləcə də İR məlumat bazalarının yenilənməsi və hesabatların hazırlanmasına dəstək göstərilməsinə cavabdeh olacaq.
Bu təcrübə proqramında uğur qazanmaq üçün nəzəri bilikləri praktiki əməliyyatlara tətbiq etmək, detallara yüksək diqqət yetirmək, tapşırıqları vaxtında və məsuliyyətlə icra etmək bacarığı əsasdır.
Əsas öhdəliklər:
Kadr kargüzarlığı və sənədləşmə dəstəyi
Məlumat bazası və hesabatlılıq
Əməkdaşlarla ünsiyyət və əməliyyat dəstəyi
Son tarix
December 18, 2026
Paylaşılıb
noyabr 18, 2026
Vakansiya növü
Tam ştat