Şirkətimiz insan kapitalının inkişafı və istedadların idarə olunması strategiyalarının effektiv icrasını təmin edəcək İstedadların idarə edilməsi üzrə qrup rəhbəri axtarır. Namizəd öyrənmə və inkişaf, işçi bağlılığı, işçi təcrübələri və işə qəbul proseslərinin yüksək səviyyədə fəaliyyətini təmin edəcək.
- İstedadların idarə olunması strategiyalarının hazırlanması və icrasının təmin edilməsi;
- Əməkdaş inkişafı və potensial idarəetməsi proseslərinin koordinasiyası;
- Əməkdaş məmnuniyyəti və əməkdaş təcrübəsi üzrə təşəbbüslərin həyata keçirilməsi;
- Təlim və inkişaf ehtiyaclarının müəyyən olunması və inkişaf proqramlarının koordinasiyası;
- Struktur bölmələrə istedadların inkişafı və performans idarəetməsi üzrə dəstəyin göstərilməsi;
- İR siyasət və prosedurlarının inkişafı və tətbiqində iştirak.