05-11-2024
3.8K
· Sənədlərin müəssisəyə daxil olan məhsul, material və avadanlıqlara, qüvvədə olan dövlət və beynəlxalq standartlara uyğunluğuna nəzarət etmək;
· Şirkətə daxil olan material və avadanlıqların keyfiyyət və dizayn tələblərinə uyğun olmasını təmin etmək;
· Keyfiyyətə və keyfiyyətin idarəedilməsi planının və prosedurunun hazırlanması, prosesə nəzarət edilməsi;
· Rekvizisiyaçılardan və subpodratçılardan gələn material və avadanlıqların qablaşdırılmasına, markalanmasına və xarici görünüşünə nəzarət etmək;
· Keyfiyyətə dair müvafiq sənədləri podratçı, təchizatçı və digər aidiyyatı şəxslərə təqdim edib keyfiyyətin riayət edilməsinə nəzarət edir;
· Tikinti sahəsinin daxili və xarici auditlərində iştirak edir;
· Mülkiyyətçi ilə keyfiyyət tələblərinin planlamasını təşkil edir;
· Təmir və tikinti fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasının təmin edilməsi, uyğunluğun ölçülməsi məqsədilə mütəmadi yoxlama qrafikinin tərtib edilməsində və yoxlama prosesinin təşkilində iştirak etmək;
· Tikinti sahəsində görülən inşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə nəzarəti həyata keçimək;
· Tikinti-quraşdırma işlərinin plana, işçi cizgilərinə və normativ sənədlərə uyğun yerinə yetirilməsinə nail olmaq;
· Tikinti-quraşdırma işlərinin "İcraat Bəyanatı"-na (Method Statement) görə yerinə yetirilməsinə nəzarət etmək;
· Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
· Daxil olan tikinti materiallarının və konstruksiyaların mənşə və keyfiyyəti təsdiq edən sənədlərinə yoxlamanı təmin etmək;
· İş prosesində istifadə edilən materialların və konstruksiyaların bəyan edilən texniki və keyfiyyət göstəricilərinə dair uyğunsuzluqları aşkarladıqda aidiyyəti üzrə səlahiyyətli şəxsə məlumat vermək və uyğunsuzluq hesabatını hazırlamaq;
· İnşaat sahəsi üzrə texnoloji proseslərdə keyfiyyətə neqativ təsir edən amilləri müəyyənləşdirmək və bununla bağlı Departament rəhbərliyinə səmərəli təkliflərlə çıxış etmək;
· Yoxlama və testləri həyata keçirmək üçün müvafiq prosedurların və inspeksiya test planlarının hazırlanmasına və test metodlarına nəzarət etmək;
· Tikinti sahəsində yerləşən bütün materialların saxlanma şəraitinə və layihə tələblərinin uyğunluğuna nəzarəti təmin etmək;
· Ölçü alətlərinin kalibrasiyadan keçirilməsinə, tikintidə istifadə olunan digər avadanlıqlar üzrə müvafiq sertifikatların alınmasına nəzarət etmək;
· Forma 2 və Forma 3 sənədlərinin tərtibində keyfiyyətə nəzarətfunksiyasını icra etmək.
· Ali təhsil;
· Təşkilati bacarıqlar (yazışma qaydaları, vaxtın idarə edilməsi, planlaşdırma, kommunikasiya və s.);
· Yüksək kommunikasiya bacarıqları;
· Konfidensial və həssas məlumatlarla işləmək bacarıqları;
· Normativ sənədlər, siyasət, prosedur və metodoloji sənədlərlə işləmə bacarıqları;
· Strateji baxış formalaşdırma bacarıqları;
· Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
· ISO standartları üzrə biliklər (üstünlükdür);
· Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək;
· Dil bilikləri: Azərbaycan dili; ingilis dili (üstünlükdür) rus dili (üstünlükdür);
Son tarix
noyabr 29, 2024
Paylaşılıb
noyabr 5, 2024
Vakansiya növü
Tam ştat
Aztelekom MMC ● Sumqayıt, Azərbaycan
Dünən
1
Aztelekom MMC ● Sumqayıt, Azərbaycan
Dünən
1
Starex Global ● Bakı, Azərbaycan
Dünən
1
Expressbank ASC ● Bakı, Azərbaycan
Dünən
1