Facility Management Group

Mal-material üzrə menecer

Bu gün

23

Təsvir

Anbar əməliyyatlarının düzgün və səmərəli təşkilinə, mal və materialların hərəkətinə və uçotuna nəzarət edəcək Mal-material ehtiyatları üzrə menecer axtarırıq. Bu vəzifədə anbar qalıqlarının idarə olunması, inventarizasiyanın təşkili və müvafiq hesabatların hazırlanması əsas məsuliyyətlərdən olacaq.


  • Mal və materialların anbara qəbulunu, saxlanılmasını və layihələr üzrə təyinatı üzrə verilməsini təşkil və nəzarət etmək;
  • Anbar işinin gündəlik fəaliyyətini və iş bölgüsünü təşkil etmək;
  • Anbar qalıqlarına nəzarət etmək;
  • Anbar üzrə hesabatların hazırlanmasını və məlumatların düzgün aparılmasını təmin etmək;
  • Layihələr üzrə mal-materiallarla bağlı müxtəlif hesabatlar hazırlamaq;
  • Dövri inventarizasiyanın/sayımın təşkilində iştirak etmək və nəticələrə nəzarət etmək;
  • Anbar əməliyyatlarının müəyyən edilmiş qaydalara və təhlükəsizlik tələblərinə uyğun aparılmasını təmin etmək;
  • Anbar üzrə komandanın işini koordinasiya etmək və zəruri hallarda operativ qərarlar qəbul etmək.


Tələblər

  • Logistika, təchizat, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • Anbar, logistika və ya mal-materialların idarə edilməsi sahəsində iş təcrübəsi;
  • Anbar işinin təşkili və mal-material uçotu üzrə biliklər;
  • Maliyyə və ilkin mühasibat uçotu üzrə anlayış;
  • ERP sistemləri ilə işləmə bacarığı;
  • MS Office, xüsusilə Excel üzrə yaxşı səviyyədə bilik;
  • SƏTƏM qaydaları barədə məlumatlılıq;
  • Komandanın idarə edilməsi və iş bölgüsünün aparılması bacarığı;
  • Analitik düşüncə və hesabat hazırlamaq bacarığı;
  • Operativ qərarvermə və məsuliyyətlilik;
  • Dəqiqlik, punktuallıq və təşkilatçılıq bacarığı.

Vakansiya haqqında

Son tarix

October 23, 2026

Paylaşılıb

sentyabr 23, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat

İmtiyazlar

  • Könüllü tibbi sığorta
  • İşçinin inkişafı üçün təlim, tədris proqramları
  • Rəqabətli əmək haqqı və bonus sistemi
  • Korporativ tədbirlər
  • Korporativ loyallıq proqramına üzvlük