Facility Management Group
Ana səhifə
/
/
/
Marketinq üzrə aparıcı mütəxəssis

Marketinq üzrə aparıcı mütəxəssis

05-01-2026

332

Təsvir

  • Əmlak və xidmətlərə aid marketinq kommunikasiya layihələrinin idarə edilməsi;
  • Əmlak layihələri və xidmətlər üzrə marketinq strategiyaları və fəaliyyət planlarının hazırlanması və icrasında iştirak;
  • Əmlak bazarı, auditoriya, rəqiblər, tərəfdaşlar və digər əlaqəli sahələr üzrə marketinq araşdırmalarının aparılması və toplanan məlumatların təhlili üzrə təkliflərin verilməsi;
  • Marketinq sahəsi ilə bağlı yeniliklərin, trendlərin və rəqabət mühitinin izlənilməsi, potensial imkanların təklif edilməsi;
  • Müvafiq kampaniya və ümumi layihələr ilə bağlı rəqəmsal və ənənəvi kanallar üzrə marketinq kommunikasiya fəaliyyətlərinin təşkili və icrası;
  • Kampaniyaların, kommunikasiya konseptlərinin və yaradıcı ideyaların hazırlanması, müvafiq tərəflərlə birlikdə işlənməsi və icrası;
  • Brendlərin vizual və mesaj tonunun bütün kommunikasiya materiallarında qorunmasına nəzarət;
  • Tədbir, sərgi, təqdimat və brend aktivasiyalarının konseptlərinin hazırlanması və icrası;
  • Əmlak layihələrinin sahədə monitorinqi, vizual və kommunikasiya ehtiyaclarının müəyyənləşdirilməsi;
  • Marketinq fəaliyyətlərinin nəticələrinin izlənilməsi və hesabatların hazırlanması;
  • Kommunikasiya materiallarının hazırlanması zamanı daxili komandalar və xarici tərəfdaşlar/təchizatçıların brifinqi, məluat axınının təmini və gedişatın koordinasiyası;
  • ERP/CRM və digər şirkətdaxili sistemlərdə proseslərin düzgün icrası.

Tələblər

  • Ali təhsil
  • Marketinq sahəsində minimum 3 il iş təcrübəsi;
  • Marketing kommunikasiya layihə idarəçiliyində praktiki təcrübə;
  • Marketinq kommunikasiyası, brend idarəçiliyi və planlaşdırma üzrə dərin biliklər;
  • Ənənəvi və Rəqəmsal marketing üzrə bilik və praktiki təcrübə;
  • Güclü analitik düşüncə və hesabatlılıq bacarığı;
  • MS Office və Google Workspace bilikləri;
  • Yüksək təşkilatçılıq, yaradıcı yanaşma və multitasking bacarığı;
  • Əmlak marketinqi ilə bağlı iş təcrübəsinə üstünlük veriləcək.

Vakansiya haqqında

Son tarix

February 14, 2026

Paylaşılıb

yanvar 5, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Kütləvi İnformasiya vasitələri və İctimaiyyətlə Əlaqələr

İmtiyazlar

  • "Dəyərlisən” PASHA loyality proqramına üzvlük.
  • Könüllü tibbi sığorta
  • Performansdan aslı olaraq bonuslar