Əmlak və xidmətlərə aid marketinq kommunikasiya layihələrinin idarə edilməsi;
Əmlak layihələri və xidmətlər üzrə marketinq strategiyaları və fəaliyyət planlarının hazırlanması və icrasında iştirak;
Əmlak bazarı, auditoriya, rəqiblər, tərəfdaşlar və digər əlaqəli sahələr üzrə marketinq araşdırmalarının aparılması və toplanan məlumatların təhlili üzrə təkliflərin verilməsi;
Marketinq sahəsi ilə bağlı yeniliklərin, trendlərin və rəqabət mühitinin izlənilməsi, potensial imkanların təklif edilməsi;
Müvafiq kampaniya və ümumi layihələr ilə bağlı rəqəmsal və ənənəvi kanallar üzrə marketinq kommunikasiya fəaliyyətlərinin təşkili və icrası;
Kampaniyaların, kommunikasiya konseptlərinin və yaradıcı ideyaların hazırlanması, müvafiq tərəflərlə birlikdə işlənməsi və icrası;
Brendlərin vizual və mesaj tonunun bütün kommunikasiya materiallarında qorunmasına nəzarət;
Tədbir, sərgi, təqdimat və brend aktivasiyalarının konseptlərinin hazırlanması və icrası;
Əmlak layihələrinin sahədə monitorinqi, vizual və kommunikasiya ehtiyaclarının müəyyənləşdirilməsi;
Marketinq fəaliyyətlərinin nəticələrinin izlənilməsi və hesabatların hazırlanması;
Kommunikasiya materiallarının hazırlanması zamanı daxili komandalar və xarici tərəfdaşlar/təchizatçıların brifinqi, məluat axınının təmini və gedişatın koordinasiyası;
ERP/CRM və digər şirkətdaxili sistemlərdə proseslərin düzgün icrası.