Şirkətimiz yaşayış və kommersiya əmlakları üzrə marketinq fəaliyyətlərini idarə edəcək Marketinq üzrə baş mütəxəssis axtarır. Namizəd satış və icarə layihələri üçün kampaniyaları planlayacaq və icrasını koordinasiya edəcək. Bazar analizləri apararaq nəticələrə əsaslanan qərarlar verəcək və marketinq nəticələrinə nəzarət edəcək.
- Yaşayış və kommersiya əmlakları üzrə marketinq strategiyalarının hazırlanması və icrası;
- Bazar, auditoriya və rəqib analizlərinin aparılması və nəticələrin tətbiqi;
- Satış və icarə layihələri üzrə marketinq fəaliyyətlərinin planlaşdırılması və idarə olunması;
- Rəqəmsal və ənənəvi kanallar üzrə kampaniyaların koordinasiyası və performans nəzarəti;
- Tədbir, sərgi və təqdimatların təşkili və həyata keçirilməsi;
- Komandanın idarə olunması, iş bölgüsü və KPI-ların tətbiqi;
- Brendin və vizual kimliyin inkişafına nəzarət;
- Daxili və xarici tərəfdaşlarla koordinasiyanın təmin edilməsi;
- Marketinq nəticələrinin analizi və hesabatların hazırlanması;
- Marketinq büdcəsinin planlaşdırılması və effektiv idarə olunması.