Şirkətimiz təhkim olunmuş ərazilərdə təhlükəsizlik mühitinin qorunması, potensial risklərin qarşısının alınması və fövqəladə hallara operativ reaksiya göstərilməsi üçün məsuliyyətli və diqqətli Mühafizəçi axtarır.
- Təhkim olunduğu ərazi və ya məntəqədə personalın və mühitin təhlükəsizliyini təmin etmək;
- Etika və davranış mədəniyyəti prinsiplərinə uyğun olaraq qonaqlara yüksək səviyyədə xidmət göstərmək;
- Təhkim olunduğu ərazi və ya məntəqədə təhlükəsizlik qaydalarını tam mənimsəmək və onlara riayət etmək;
- Aidiyyəti qurumların müəyyən etdiyi təhlükəsizlik tələblərinə əməl etmək;
- Fövqəladə hallar zamanı operativ və düzgün tədbirlər görmək;
- Gündəlik əməliyyatlarda potensial riskləri əvvəlcədən müəyyən edərək qarşısının alınması üçün tədbirlər görmək;
- Təhlükəsizlik standartlarının təkmilləşdirilməsinə və səmərəli tətbiqinə töhfə vermək;
- Əməkdaşlarla koordinasiyanı təmin etmək və müvafiq hesabatları rəhbərliyə təqdim etmək.