Şirkətimizin mühasibatlıq proseslərinin dəqiq, düzgün və vaxtında aparılmasını təmin edəcək mühasib axtarırıq. Bu vəzifənin əsas məqsədi gündəlik və aylıq mühasibatlıq əməliyyatlarının aparılması, hesabatların hazırlanması və maliyyə məlumatlarının dəqiqliyinin təmin edilməsidir.
- Mühasibatlıq proseslərinin icrasında aktiv şəkildə iştirak etmək və bütün əməliyyatların düzgün qeydiyyata alınmasını təmin etmək ;
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanmasına dəstək göstərmək;
- Mühasibat məlumatların toplanması, yoxlanılması, uyğunluğunun qiymətləndirilməsi və təhlilində iştirak etmək;
- Mühasibat sənədlərinin (qaimə, akt, müqavilələr və s.) düzgün şəkildə tərtib edilməsi və əməliyyatların icrasını təmin etmək;
- Vergi, statistika və digər məcburi hesabatların vaxtında və düzgün hazırlanmasını təmin etmək;
- Aylıq bağlanış proseslərində,balans hesablamalarında və digər gündəlik mühasibatlıq əməliyyatlarına dəstək göstərmək.