Şirkətimiz müqavilələrin icrasını və müqavilə öhdəliklərinin vaxtında yerinə yetirilməsini izləyəcək Müqavilələr üzrə mütəxəssis axtarır. Namizəd müqavilələrin müddət və şərtlərini izləyəcək, yenilənmə və imza proseslərini koordinasiya edəcək, qarşı tərəflərlə yazışmaları aparacaq və müqavilələrlə bağlı hesabatlılığı təmin edəcək.
- Müqavilələrdə tərəflərin hüquq və öhdəliklərinin aydın şəkildə əks olunmasına nəzarət etmək;
- Müqavilələr üzrə potensial riskləri təhlil etmək və müvafiq təkliflər vermək;
- Müqavilələrin müddət və şərtlərini izləmək, yenilənmə prosesini vaxtında təşkil etmək;
- Müqavilələrin elektron və fiziki bazasını aparmaq və sənədlərin arxivləşdirilməsini təmin etmək;
- Qarşı tərəf şirkətlərlə müqavilə məsələləri üzrə işgüzar yazışmalar aparmaq;
- Müqavilələrin təsdiq və imza proseslərində iştirak etmək;
- Müqavilə üzrə son tarixləri izləmək və müqavilə münasibətlərinin uzadılması zərurəti barədə aidiyyəti şəxsləri vaxtında məlumatlandırmaq;
- Müqavilə öhdəliklərinin icrası ilə bağlı ilkin sənədlərin tərəflər arasında mübadiləsini təmin etmək;
- Müqavilələrə əlavə və dəyişikliklərin hazırlanmasını və rəsmiləşdirilməsini həyata keçirmək;
- Müqavilə üzrə işlərin gedişi, gecikmələr, müddətin başa çatması və digər məsələlərlə bağlı bildirişlər hazırlamaq və qarşı tərəfi məlumatlandırmaq;
- Rəhbərliyin tapşırığı əsasında müqavilələr üzrə hesabatlar hazırlamaq.