Facility Management Group
Ana səhifə
/
/
/
Qeydiyyatçı (Müvəqqəti əvəzləmə)

Qeydiyyatçı (Müvəqqəti əvəzləmə)

Dünən

41

Təsvir

Şirkətimizin inzibati mərkəzinə müraciət edən qonaqları yüksək peşəkarlıqla qarşılayacaq, gündəlik resepsiyon və ofis idarəçiliyi proseslərini səmərəli şəkildə həyata keçirəcək məsuliyyətli və təşəbbüskar Qeydiyyatçı axtarırıq. Bu rol həm qonaqlarla birbaşa ünsiyyətdə yüksək standartların qorunmasını, həm də ofisdaxili inzibati işlərin operativ və düzgün icrasını nəzərdə tutur.

 

 

  • Ofisə daxil olan qonaqları səmimi və peşəkar şəkildə qarşılamaq, onlara məlumat vermək və müvafiq əməkdaşlara yönləndirmək;
  • Telefon zənglərini və e‑mailləri vaxtında cavablandırmaq, sorğuları düzgün qiymətləndirərək aidiyyəti bölmələrə yönləndirmək;
  • Qəbul otağının səliqə və təchizatına nəzarət etmək, zəruri dəftərxana ləvazimatları ilə təminatın fasiləsizliyini qorumaq;
  • Gün ərzində daxil olan məktubları, sənədləri və bağlamaları qəbul edib qeydiyyata almaq və ünvanlanan şəxslərə çatdırmaq;
  • Görüş və iclasların təşkilinə dəstək göstərmək, iclas otaqlarının uyğun vəziyyətdə olmasını təmin etmək;
  • İnzibati tapşırıqları müəyyən olunmuş prosedurlara və keyfiyyət standartlarına uyğun şəkildə icra etmək.

Tələblər

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Səlis azərbaycan və rus dili biliyi (ingilis dili biliyi arzu olunandır);
  • Microsoft Office proqramlarından yüksək səviyyədə istifadə bacarığı;
  • Ofis avadanlıqları ilə praktiki təcrübə;
  • Yüksək səviyyədə təşkilatçılıq bacarığı;
  • Effektiv ünsiyyət qurmaq və komanda şəraitində işləmək bacarıqları.


Qeyd: Analıq məzuniyyətində olan əməkdaşı müvəqqəti əvəzləmə.



Vakansiya haqqında

Son tarix

April 1, 2026

Paylaşılıb

mart 2, 2026

Vakansiya növü

Tam ştat

Təhsil

Bakalavr

Əmək haqqı

500 - 600 AZN

Kateqoriya

Satış və müştəri xidmətləri

İmtiyazlar

  • Könüllü tibbi sığorta
  • Korporativ tədbirlər
  • “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük