Şirkətimizin rəqəmsal kanallar vasitəsilə böyümə strategiyasını idarə edəcək Rəqəmsal marketinq üzrə aparıcı mütəxəssis axtarışındayıq. Namizəddən kampaniyaların planlaşdırılması, icrası və nəticələrin yüksək dəqiqliklə analiz edilməsi tələb olunur. Bu rol rəqəmsal layihələrin inkişaf etdirilməsi və biznes hədəflərinə uyğun strateji həllərin icrasına birbaşa məsuliyyət daşıyır.
- Rəqəmsal marketinq strategiyaları və fəaliyyət planlarının (SMM, SEO, SEM, Email Marketing, Influencer və s.) hazırlanması və icrası;
- Rəqəmsal reklam kampaniyalarının (Meta, Google, TikTok, LinkedIn və s.) qurulması, büdcə optimallaşdırılması və nəticələrin mütəmadi izlənilməsi;
- Avtomatlaşdırma, A/B testləri və hədəfli kampaniyalar kimi müxtəlif metodlardan istifadə edərək rəqəmsal marketinq planının effektiv planlaşdırılması, icrası və nəzarətdə saxlanılması;
- Şirkətin veb-layihələrinin və sosial media hesablarının idarə olunması, kontent və vizual baxımdan düzgün işləməsinə nəzarət edilməsi;
- Rəqəmsal kanallar üzrə genişləndirilmiş analitik hesabatların (GA4, Looker Studio və s. vasitəsilə) hazırlanması və ROI/ROAS əsaslı strateji təkliflərin verilməsi;
- Bazar trendlərinin və rəqiblərin rəqəmsal aktivliklərinin analiz edilməsi, yeni rəqəmsal alətlərin/platformaların tətbiqi üzrə təşəbbüslərin irəli sürülməsi;
- Şirkətin əsas veb-layihələrinin və "landing page"-lərinin texniki və vizual (UX/UI) baxımdan təkmilləşdirilməsinə nəzarət edilməsi və müvafiq təkliflərin hazırlanması;
- Rəqəmsal marketinq büdcəsinin səmərəliliyinə nəzarət (CPC, CPL optimizasiyası) və xərclərin daimi monitorinqi;
- Xərclərin izlənilməsi və marketinq hədəflərinə çatmaq üçün büdcələrin zərurətə uyğun olaraq tənzimlənməsi;
- Rəqəmsal layihələr üzrə agentliklər, dizaynerlər və digər tərəfdaşlarla iş prosesinin koordinasiya edilməsi və briflərin hazırlanması;
- Rəqəmsal marketinq kampaniyalarına dair yeni ideyaların və innovativ yanaşmaların gətirilməsi;
- ERP/CRM və digər şirkətdaxili sistemlərdə rəqəmsal fəaliyyətlərə dair məlumatların müvafiq qaydada qeydiyyatının aparılması.