Şirkətimiz satınalma proseslərinin səmərəli və şəffaf şəkildə təşkilini və icrasını təmin edəcək Satınalma üzrə Baş mütəxəssis axtarır. Namizəd satınalma proseslərini müstəqil şəkildə idarə edəcək, təchizatçıların seçimi və qiymətləndirilməsini həyata keçirəcək, bazar araşdırmaları aparacaq və satınalma fəaliyyətinin daxili prosedurlara uyğunluğuna nəzarət edəcək.
- Daxili və xarici bazarlarda satınalma proseslərinin planlaşdırılması, təşkili və koordinasiya edilməsi;
- Satınalma sifarişlərinin keyfiyyət, kəmiyyət, qiymət, çatdırılma müddəti və xidmət meyarlarına uyğun icrasına nəzarət etmək;
- Tender və qiymət sorğusu proseslərinin şirkətin daxili prosedurlarına uyğun təşkilini təmin etmək;
- Bazar araşdırmaları aparmaq, qiymətləri təhlil etmək və optimal satınalma təklifləri hazırlamaq;
- Təchizatçılarla danışıqlar aparmaq, kommersiya şərtlərini müzakirə etmək və əməkdaşlıq münasibətlərini idarə etmək;
- Satınalma şərtlərinin və müqavilə öhdəliklərinin icrasını izləmək;
- Satınalma fəaliyyəti üzrə hesabatlar hazırlamaq, nəticələri təhlil etmək və təkmilləşdirmə təklifləri vermək;
- Satınalma sənədlərinin düzgün hazırlanmasını və aidiyyəti struktur bölmələrlə koordinasiyasını təmin etmək;
- Satınalma proseslərinin səmərəliliyinin artırılması və xərclərin optimallaşdırılması üzrə təşəbbüslərdə iştirak etmək.