Facility Management Group
Ana səhifə
/
/
/
Satınalma üzrə baş mütəxəssis

Satınalma üzrə baş mütəxəssis

Bu gün

8

Təsvir

Şirkətimiz satınalma proseslərinin səmərəli və şəffaf şəkildə təşkilini və icrasını təmin edəcək Satınalma üzrə Baş mütəxəssis axtarır. Namizəd satınalma proseslərini müstəqil şəkildə idarə edəcək, təchizatçıların seçimi və qiymətləndirilməsini həyata keçirəcək, bazar araşdırmaları aparacaq və satınalma fəaliyyətinin daxili prosedurlara uyğunluğuna nəzarət edəcək.


  • Daxili və xarici bazarlarda satınalma proseslərinin planlaşdırılması, təşkili və koordinasiya edilməsi;
  • Satınalma sifarişlərinin keyfiyyət, kəmiyyət, qiymət, çatdırılma müddəti və xidmət meyarlarına uyğun icrasına nəzarət etmək;
  • Tender və qiymət sorğusu proseslərinin şirkətin daxili prosedurlarına uyğun təşkilini təmin etmək;
  • Bazar araşdırmaları aparmaq, qiymətləri təhlil etmək və optimal satınalma təklifləri hazırlamaq;
  • Təchizatçılarla danışıqlar aparmaq, kommersiya şərtlərini müzakirə etmək və əməkdaşlıq münasibətlərini idarə etmək;
  • Satınalma şərtlərinin və müqavilə öhdəliklərinin icrasını izləmək;
  • Satınalma fəaliyyəti üzrə hesabatlar hazırlamaq, nəticələri təhlil etmək və təkmilləşdirmə təklifləri vermək;
  • Satınalma sənədlərinin düzgün hazırlanmasını və aidiyyəti struktur bölmələrlə koordinasiyasını təmin etmək;
  • Satınalma proseslərinin səmərəliliyinin artırılması və xərclərin optimallaşdırılması üzrə təşəbbüslərdə iştirak etmək.

Tələblər

  • İqtisadiyyat, idarəetmə və ya digər uyğun sahə üzrə ali təhsil;
  • Satınalma və ya əlaqəli sahədə minimum 5 il iş təcrübəsi;
  • Satınalma proseslərinin təşkili və təchizatçıların idarə olunması üzrə praktiki təcrübə;
  • Tender, qiymət sorğusu və kommersiya təkliflərinin qiymətləndirilməsi üzrə biliklər;
  • Bazar araşdırması, qiymət analizi və xərclərin optimallaşdırılması bacarığı;
  • Təchizatçılarla danışıqlar aparmaq və kommersiya şərtlərini qiymətləndirmək bacarığı;
  • Microsoft Office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı;
  • Güclü analitik düşüncə, planlama və problem həll etmə bacarığı;
  • Məsuliyyətli, diqqətli və nəticəyönümlü yanaşma;
  • Komanda ilə işləmək və prosesləri koordinasiya etmək bacarığı.

Vakansiya haqqında

Son tarix

September 27, 2026

Paylaşılıb

avqust 28, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə

İmtiyazlar

  • Korporativ loyallıq proqramına üzvlük
  • Geniş təminatlı tibbi sığorta
  • Rəqabətli əməkhaqqı və bonus sistemi
  • Peşəkar inkişaf imkanları və müvafiq sertifikatların əldə olunmasına dəstək