Şirkətimiz satınalma proseslərinin səmərəli və şəffaf şəkildə həyata keçirilməsini təmin edəcək Satınalma üzrə mütəxəssis axtarır. Namizəd təchizatçılarla əməkdaşlığı koordinasiya edəcək, bazar araşdırmaları aparacaq və satınalma əməliyyatlarının şirkətin daxili prosedurlarına uyğun icrasına dəstək göstərəcək.
- Daxili və xarici bazarlarda satınalma proseslərinin həyata keçirilməsi və koordinasiya olunması;
- Mövcud təchizatçıların fəaliyyətinin qiymətləndirilməsi və yeni təchizatçıların araşdırılması;
- Satınalma sifarişlərinin keyfiyyət, kəmiyyət, qiymət, çatdırılma müddəti və xidmət meyarlarına uyğun icrasının izlənilməsi;
- Tender və qiymət sorğusu proseslərinin daxili prosedurlara uyğun təşkilində iştirak;
- Bazar araşdırmalarının aparılması, qiymət təhlillərinin hazırlanması və alternativ təkliflərin təqdim edilməsi;
- Təchizatçılarla danışıqların aparılması və işgüzar münasibətlərin inkişaf etdirilməsi;
- Satınalma fəaliyyəti üzrə dövri hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Müqavilə və digər satınalma sənədlərinin hazırlanması prosesində aidiyyəti struktur bölmələrlə əməkdaşlıq edilməsi.