Güclü texniki biliklərə və analitik yanaşmaya malik Texnologiya və Aşağı Gərginlik (AG) sistemləri üzrə Mühəndis axtarışındayıq. Namizəd müxtəlif zəif axın sistemlərinin quraşdırılması, sazlanması və mürəkkəb texniki nasazlıqların aradan qaldırılması proseslərini yüksək peşəkarlıqla həyata keçirməlidir.
- Texnologiya və Aşağı Gərginlik (Avtomatlaşdırma, CCTV, Giriş İdarəetmə, Yanğın Aşkaretmə və s.) sistemlərinin çəkilişi, quraşdırılması və bərpasını həyata keçirmək;
- Server otaqlarının və Rack kabinələrinin standarta uyğun yığılmasını təmin etmək, xəttlərin başlıqlarının vurulması və test edilməsini yerinə yetirmək;
- CAT5e/CAT6, IP Video sistemləri və Fiber Optika xəttlərində yaranan qüsurları və texniki problemləri aradan qaldırmaq;
- Sistemlərin profilaktik xidmətini icra etmək, aparat və proqram təminatı problemlərini həll etmək;
- Bütün işləri təhlükəsizlik norma və standartlarına (HSE) uyğun şəkildə aparmaq və görülən işlər üzrə hesabatlar hazırlamaq;
- Yeni çəkilən xəttlərin və quraşdırılan avadanlıqların texniki pasportlaşdırılmasını həyata keçirərək, gələcək xidmət üçün dəqiq sənədləşmə bazasını yaratmaq;
- Layihə icrası zamanı ortaya çıxan texniki uyğunsuzluqları operativ şəkildə təhlil etmək və şöbə rəhbərinə alternativ həll yolları təklif etmək.