Facility Management Group
Ana səhifə
/
/
/
Keyfiyyətə Nəzarət üzrə mütəxəssis (Təmir-tikinti layihəri üzrə)

Keyfiyyətə Nəzarət üzrə mütəxəssis (Təmir-tikinti layihəri üzrə)

16-04-2024

1K

Təsvir

·       Sənədlərin müəssisəyə daxil olan məhsul, material və avadanlıqlara, qüvvədə olan dövlət və beynəlxalq standartlara uyğunluğuna nəzarət etmək;

·       Şirkətə daxil olan material və avadanlıqların keyfiyyət və dizayn tələblərinə uyğun olmasını təmin etmək;

·       Keyfiyyətə və keyfiyyətin idarəedilməsi planının və prosedurunun hazırlanması, prosesə nəzarət edilməsi;

·       Rekvizisiyaçılardan və subpodratçılardan gələn material və avadanlıqların qablaşdırılmasına, markalanmasına və xarici görünüşünə nəzarət etmək;

·       Keyfiyyətə dair müvafiq sənədləri podratçı, təchizatçı və digər aidiyyatı şəxslərə təqdim edib keyfiyyətin riayət edilməsinə nəzarət edir;

·       Tikinti sahəsinin daxili və xarici auditlərində iştirak edir;

·       Mülkiyyətçi ilə keyfiyyət tələblərinin planlamasını təşkil edir;

·       Təmir və tikinti fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasının təmin edilməsi, uyğunluğun ölçülməsi məqsədilə mütəmadi yoxlama qrafikinin tərtib edilməsində və yoxlama prosesinin təşkilində iştirak etmək;

·       Tikinti sahəsində görülən inşaat işlərinə, proseslərə və texniki  xidmət işlərinə nəzarəti həyata keçimək;

·       Tikinti-quraşdırma işlərinin plana, işçi cizgilərinə və normativ sənədlərə uyğun yerinə yetirilməsinə nail olmaq;

·       Tikinti-quraşdırma işlərinin "İcraat Bəyanatı"-na (Method Statement) görə yerinə yetirilməsinə nəzarət etmək;

·       Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;

·       Daxil olan tikinti materiallarının və konstruksiyaların mənşə və keyfiyyəti təsdiq edən sənədlərinə yoxlamanı  təmin etmək;

·       İş prosesində istifadə edilən materialların və konstruksiyaların bəyan edilən texniki və keyfiyyət göstəricilərinə dair uyğunsuzluqları aşkarladıqda aidiyyəti üzrə səlahiyyətli şəxsə məlumat vermək və uyğunsuzluq hesabatını hazırlamaq;

·       İnşaat sahəsi üzrə texnoloji proseslərdə keyfiyyətə neqativ təsir edən amilləri müəyyənləşdirmək və bununla  bağlı Departament rəhbərliyinə səmərəli təkliflərlə çıxış etmək;

·       Yoxlama və testləri həyata keçirmək üçün müvafiq prosedurların və inspeksiya test planlarının hazırlanmasına və test metodlarına nəzarət etmək;

·       Tikinti sahəsində yerləşən bütün materialların saxlanma şəraitinə və layihə tələblərinin uyğunluğuna nəzarəti təmin etmək;

·       Ölçü alətlərinin kalibrasiyadan keçirilməsinə, tikintidə istifadə olunan digər avadanlıqlar üzrə müvafiq sertifikatların alınmasına nəzarət etmək;

·       Forma 2 və Forma 3 sənədlərinin tərtibində keyfiyyətə nəzarətfunksiyasını icra etmək.


Tələblər

·       Ali təhsil;

·       Təşkilati bacarıqlar (yazışma qaydaları, vaxtın idarə edilməsi, planlaşdırma, kommunikasiya və s.);

·       Yüksək kommunikasiya bacarıqları;

·       Konfidensial və həssas məlumatlarla işləmək bacarıqları;

·       Normativ sənədlər, siyasət, prosedur və metodoloji sənədlərlə işləmə bacarıqları;

·       Strateji baxış formalaşdırma bacarıqları;

·       Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;

·       ISO standartları üzrə biliklər (üstünlükdür);

·       Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək;

·       Dil bilikləri: Azərbaycan dili; ingilis dili (üstünlükdür) rus dili (üstünlükdür);

·       Xahiş olur CV-lərinizi  Tikintidə Keyfiyyətə nəzarət üzrə mütəxəssis başlığı altında [email protected] e-mail ünvanına yollayasınız. 

Vakansiya haqqında

Son tarix

may 26, 2024

Paylaşılıb

aprel 16, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə

İmtiyazlar

  • • “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük
  • Performansdan asılı olaraq bonuslar
  • Könüllü tibbi siğorta
  • Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı