Şirkətimiz yanğın təhlükəsizliyi sistemlərinin fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin edəcək Yanğın təhlükəsizliyi üzrə aparıcı mütəxəssis axtarır. Namizəd yanğın risklərinin qiymətləndirilməsi, mövcud sistemlərə nəzarət və profilaktik tədbirlərin həyata keçirilməsində iştirak edəcək.
- Yanğın təhlükəsizliyi üzrə risklərin qiymətləndirilməsi və təhlilinin aparılması;
- Yanğın xəbərdaredici siqnalizasiya və yanğınsöndürmə sistemlərinin (odsöndürən balonlar, sulu söndürmə, FM200 və s.) monitorinqinin həyata keçirilməsi;
- Sistemlərə texniki xidmət göstərən podratçı şirkətlərin fəaliyyətinə nəzarət edilməsi;
- Yanğın əməliyyat planlarının hazırlanmasının təşkili;
- FHN tərəfindən keçirilən yoxlamaların təşkili və koordinasiya olunması;
- Yanğın hadisələrinin araşdırılması, potensial təhlükələrin müəyyənləşdirilməsi və profilaktik tədbirlərin təklif olunması;
- Yanğın təhlükəsizliyi üzrə normativ tələblərin və yeni texnologiyaların izlənilməsi;
- Görülmüş işlər və təhlükəsizlik tədbirləri üzrə hesabatların hazırlanması.