Facility Management Group
Ana səhifə
/
/
/
Yanğın Xəbərverici Sistemləri üzrə baş mütəxəssis

Yanğın Xəbərverici Sistemləri üzrə baş mütəxəssis

08-10-2026

117

Təsvir

Şirkətimiz yanğın xəbərverici sistemlərin layihələndirilməsi, quraşdırılması və istismarına nəzarət edəcək Yanğın Xəbərverici Sistemləri üzrə Baş mütəxəssis axtarır. Namizəd sistemlərin auditinin aparılması, layihələrin texniki idarə edilməsi, quraşdırma və təhvil proseslərinə nəzarət, risklərin müəyyənləşdirilməsi və texniki hesabatların hazırlanmasını həyata keçirəcək.


  • Yanğın xəbərverici sistemlər üzrə audit yoxlamalarını təşkil etmək və aparmaq;
  • Layihələrin icrasına və texniki tələblərə uyğunluğuna nəzarət etmək;
  • Yanğın xəbərverici sistemlərin layihələndirilməsində iştirak etmək və texniki həlləri qiymətləndirmək;
  • İş həcmlərini müəyyənləşdirmək və texniki iş təsvirlərini hazırlamaq;
  • Texniki tələbləri və ehtiyacları müəyyənləşdirmək, müvafiq həllər üzrə təkliflər vermək;
  • Yanğın xəbərverici sistemlərin quraşdırılması, texniki xidməti, konfiqurasiyası və şəbəkə bağlantıları üzrə texniki sənədləri hazırlamaq və nəzarətdə saxlamaq;
  • Sistemlərin istismarına nəzarət etmək və texniki məlumatları təqdim etmək;
  • Layihələr üzrə riskləri müəyyənləşdirmək, qiymətləndirmək və aidiyyəti şəxsləri məlumatlandırmaq;
  • Yanğın xəbərverici sistemlərin quraşdırılması və təhvil prosesinə nəzarət etmək;
  • Sistemlərin audit nəticələrini və texniki vəziyyətini qiymətləndirərək hesabatlar hazırlamaq;
  • Avadanlıq və materiallara olan tələbatı müəyyənləşdirmək, sifariş prosesinə nəzarət etmək;
  • Hesabat və texniki məruzələri hazırlamaq, nəticələri təhlil etmək və təkmilləşdirmə tədbirləri üzrə təkliflər vermək;
  • İşlərin təhlükəsizlik norma və standartlarına uyğun həyata keçirilməsinə nəzarət etmək;
  • Görülən işlərin və texniki proseslərin düzgün sənədləşdirilməsini təmin etmək.

Tələblər

  • Yanğın təhlükəsizliyi, mühəndislik və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə ən azı 5 il iş təcrübəsi;
  • Yanğın xəbərverici və aşağı gərginlik sistemlərinin layihələndirilməsi, quraşdırılması, istismarı və texniki xidməti üzrə biliklər;
  • Təhlükəsiz iş mühitinin təmin edilməsi və işlərin prosedur və standartlara uyğun təşkili üzrə biliklər;
  • İnşaat, mexaniki və elektrik çizgilərini oxumaq və başa düşmək bacarığı;
  • Bina sistemlərinin qiymətləndirilməsi, layihələndirilməsi, quraşdırılması və işə salınması prosesləri üzrə biliklər;
  • Analoq və rəqəmsal sistemlər üzrə biliklər;
  • Word, Excel, PowerPoint, AutoCAD və Outlook proqramlarında işləmək bacarığı;
  • Texniki sənədləşdirmə və hesabatların hazırlanması bacarığı;
  • Analitik düşünmə, problem həll etmə və qərarvermə bacarığı;
  • İşlərin vaxtında və keyfiyyətlə icrasına nəzarət etmək bacarığı.

Vakansiya haqqında

Son tarix

November 7, 2026

Paylaşılıb

oktyabr 8, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Tikinti və Daşınmaz əmlak

İmtiyazlar

  • Könüllü tibbi sığorta
  • İşçinin inkişafı üçün təlim, tədris proqramları
  • Rəqabətli əmək haqqı və bonus sistemi
  • Şəhər mərkəzində ofis
  • Korporativ tədbirlər
  • Korporativ loyallıq proqramına üzvlük