Şirkətimiz yanğın təhlükəsizliyi sistemlərinin düzgün və fasiləsiz işləməsini təmin edəcək Yanğın sistemləri üzrə mühəndis axtarır. Namizəd yanğın söndürmə və yanğın xəbərvermə sistemlərinin texniki vəziyyətinə nəzarət edəcək, mütəmadi yoxlamalar və testlər həyata keçirəcək, nasazlıqları operativ şəkildə aradan qaldırılmasını təmin edəcək. O, həmçinin sistemlərin normativ tələblərə uyğun istismarını və texniki hesabatların hazırlanmasını təmin edəcək.
- Yanğın sulu söndürmə sistemlərinin (sprinkler, daxili və xarici hidrant, köpüklü su sistemləri və s.) texniki vəziyyətinə nəzarət;
- Sistem parametrlərinin (təzyiq, su səviyyəsi və s.) monitorinqi və normativ həddə saxlanılmasının təmin edilməsi;
- Sprinkler və yanğın hidrant sistemlərinin dövri yoxlanılması və texniki xidmətinin təşkil edilməsi;
- Nasos stansiyalarının (elektrik və dizel nasoslar) aylıq və illik testlərinin təşkilinə və icrasına nəzarət;
- Təzyiq, axın və sızma testlərinin aparılması və nəticələrin sənədləşdirilməsi;
- Yanğın nasoslarının avtomatik işə düşmə sistemlərinin yoxlanılması;
- Boru xətləri, su çənləri, nasos stansiyaları və digər avadanlıqların normativ tələblərə uyğun vəziyyətdə saxlanılmasına nəzarət;
- Yanğın xəbərvermə sistemlərinin (detektor, siren, modul və s.) işlək vəziyyətdə saxlanılmasının təmin edilməsi;
- Sistem testlərinin aparılması və texniki xidmət proseslərinin təşkil edilməsi;
- Texniki hesabatların, aktların və sınaq protokollarının hazırlanması;
- Podratçı şirkətlərlə texniki koordinasiyanın aparılması və işlərin keyfiyyətinə nəzarət.