Grand-Agro MMC
Ana səhifə
/
/
/
Mexanizasiya şöbəsinin rəhbəri

Mexanizasiya şöbəsinin rəhbəri

  • Grand-Agro MMC
  • 95VR+8F9, Türkan şossesi, Türkan, Azərbaycan
  • Tam ştat

Bu gün

157

Təsvir

  • Kənd təsərrüfatı texnikası parkının idarə olunmasını və səmərəli istifadəsini təmin etmək;
  • İllik və mövsümi mexanikləşdirmə planlarını hazırlamaq və icrasına nəzarət etmək;
  • Traktor, aqreqat və məhsul yığımı texnikalarının texniki xidmət və təmir proseslərini təşkil etmək;
  • Texnikaların mövsüm öncəsi hazırlığını və mövsümsonu saxlanılmasını təmin etmək;
  • Texnikaların mühərrik saatları, istifadə əmsalı və texniki vəziyyətinə nəzarət etmək;
  • Ehtiyat hissələrinin tələbatını, uçotunu və ehtiyat səviyyələrini idarə etmək;
  • Təmir mərkəzlərinin və texniki xidmət sahələrinin fəaliyyətini koordinasiya etmək;
  • Mexanikləşdirmə üzrə büdcənin hazırlanmasını və xərclərə nəzarəti təmin etmək;
  • Texnikaların məhsuldarlıq, istismar və təmir göstəricilərini təhlil etmək və hesabatlar hazırlamaq;
  • Mexaniklər, texniklər və operatorlardan ibarət komandanı idarə etmək;
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarət etmək;
  • Aidiyyəti struktur bölmələr və təchizatçılarla koordinasiyanı təmin etmək.


Tələblər

  • Kənd təsərrüfatının mexanikləşdirilməsi, mexanika mühəndisliyi və ya əlaqəli sahədə ali təhsil;
  • Sahə üzrə minimum 10 il iş təcrübəsi;
  • Microsoft Excel və rəqəmsal hesabatlılıq üzrə biliklər;
  • Azərbaycan dili biliyi, İngilis və ya Rus dili biliyi üstünlükdür;
  • ERP proqramlarda işləmə bacarığı (1C)
  • Kənd təsərrüfatı texnikası parkının və texniki xidmət proseslərinin idarə edilməsi üzrə təcrübə;
  • Traktorlar, kənd təsərrüfatı aqreqatları və məhsul yığımı texnikaları üzrə praktiki biliklər;
  • Profilaktik texniki xidmət, təmir və ehtiyat hissələrinin idarə edilməsi üzrə təcrübə;
  • Komandanın idarə edilməsi və iş proseslərinin təşkili bacarığı;

Vakansiya haqqında

Son tarix

December 17, 2026

Paylaşılıb

noyabr 17, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı

İmtiyazlar

  • Nahar təminatı
  • Könüllü tibbi sığorta (bütün ailə üzvlərini əhatə edən)
  • Yanacaq dəstəyi
  • Təlim dəstəyi