Grand-Agro MMC

Mühasib

  • Grand-Agro MMC
  • 106A Heydər Əliyev prospekti, Bakı, Azərbaycan
  • Tam ştat

Bu gün

70

Təsvir

1. Təchizatçılardan daxil olan elektron qaimələrin (e-qaimələrin) yoxlanılması və mühasibat uçotunda düzgün əks etdirilməsinin təmin edilməsi;

2. E-qaimələr üzrə ilkin sənədlərin (təvil-təslim aktları, hesab-fakturalar və digər təsdiqedici sənədlər) yoxlanılması;

3. Təchizatçılarla üzləşmə aktlarının hazırlanması, qarşılıqlı hesablaşmaların yoxlanılması və fərqlərin araşdırılması;

4. Təchizatçılar üzrə kreditor borclarının izlənilməsi, qalıqların yoxlanılması və müvafiq hesabatların hazırlanması;

5. Daxil olan sənədlərdə aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üçün aidiyyəti şəxslərlə əlaqələndirmənin aparılması;

6. Mühasibat uçotu sisteminə (1C) məlumatların düzgün və vaxtında daxil edilməsi, sənədlərin elektron və fiziki arxivləşdirilməsinin təmin edilməsi;

7. Təchizatçılar üzrə kreditor borclarının yaşlandırma hesabatının (Accounts Payable Aging) hazırlanması, vaxtı keçmiş borcların müəyyən edilməsi və aidiyyəti şəxslərə məlumat verilməsi;

8. Təchizatçılara ödənişlərin həyata keçirilməsi üçün tələb olunan sənədlərin və məlumatların hazırlanması, ödənişlərin təsdiq edilmiş müqavilə və sifariş şərtlərinə uyğunluğunun yoxlanılmasına dəstək göstərilməsi;

9. Kreditor borcları üzrə aylıq bağlanış prosesində iştirak edilməsi, hesab qalıqlarının yoxlanılması və maliyyə hesabatlarının hazırlanması üçün zəruri məlumatların təqdim edilməsi.

Tələblər

• Təhsil : Ali ( Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu və Audit, Menecment ixtisasları)

• Təcrübə: Müvafiq sahədə 1-3 il

• Sertifikatlar: PMS, ACCA ( F3,F7)

• İT üzrə biliklər: MS Office və 1C (və ya digər mühasibatlıq proqramları)


Texniki Bacarıqlar


• Vergi Məcəlləsi, Əmək Məcəlləsi üzrə biliklər

• Mühasibat uçotu hesablar planı

• Mühasibat hesabının təşkili və hesabatın tərtibi üzrə yuxarı orqanların əsasnamə, sərəncam və əmrlərini

• Müvafiq ERP proqramları, BTP və Elektron Hökümət Portalı üzrə işləmək bacarığı

• Uçot və hesabatı; hesabatların plan və korrespondensiyasını; hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkilini; sənədlərin rəsmiləşdirilməsi qaydaları


Səriştəlik


• Təşəbbüskarlıq və məsuliyyətlilik

• İntizamlılıq və nəticəyə köklənmə

• Açıq fikirli və problemi həll etmə bacarığı

• Analitik düşünmə qabiliyyəti

• Düzgünlük və dəqiqlik

• Yüksək təqdimat bacarığı

Vakansiya haqqında

Son tarix

November 19, 2026

Paylaşılıb

oktyabr 20, 2026

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

Gənc mütəxəssis

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə

İmtiyazlar

  • Nahar təminatı
  • Könüllü tibbi sığorta (bütün ailə üzvlərini əhatə edən)
  • Təlim dəstəyi