Grand-Agro MMC
Ana səhifə
/
/
/
Satınalmalar üzrə komanda rəhbəri

Satınalmalar üzrə komanda rəhbəri

  • Grand-Agro MMC
  • Çinar plaza, 2ci mərtəbə, 152 Heydər Əliyev Prospekti, Bakı 1029, Azərbaycan
  • Tam ştat

02-04-2024

1.4K

Təsvir

Sorğular əsasında məlumatların toplanması, qiymət və müxtəlif variantların təqdim edilməsi;

Qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi;

Xarici və yerli Satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılması;

Gömrük rüsumlarının ödənilməsinə, gömrüyə ödəniş üçün sənədlərin təqdim edilməsinə və malların anbara vaxtlı-vaxtında çatdırılmasına nəzarət edilməsi;

Təchizatçılarla görüşlərin keçirilməsi, danışıqların aparılması, təkliflərin alınması və qiymətləndirilməsi;

Tədarükçülərin (Mal, iş və xidmət satanların) araşdırılması, əlaqələrin yaradılması;

Planların tərtib edilməsi və satınalmaların əsaslandırılması;

Etibarlı satıcı və təchizatçılar bazasının inkişaf etdirilməsi;

Təchizatçılarla müqavilələrin bağlanması üçün hüquq şöbəsinə müraciət və prossesə nəzarət;

1C proqramında sorğu əsasında PO yaradılması;

Tender Prossesinin aparılması və sənədləşməsi;

İş bölgülərin bölgüsünü həyata keçirmək və həftəlik hesabatların verilməsi;

Son istifadəcilər ilə mütəmadi münasibətlərin gücləndirilməsi və tələblərin düzgünlüyünə köməklik göstərmək;

Tədarükçülər ilə münasibətlərin gücləndirilməsi və dəyərləndirilməsi;

Baş ofis, departamentlər və filiallardan gələn satınalma sifarişlərinin qəbulu və qiymətləndirilməsini yoxlamaq;

Sifarişin qəbulu, malın çatdırılması, xidmətlərin icrası və tədarükçülərə ödənişlərin icra olunması mərhələlərini əhatə edən satınalma prosesinin tam sənədləşdirilməsi və icrasına nəzarət etmək;

Sifarişlərin əvvəlcədən müəyyən edilmiş zaman intervalında icra edilməsini təmin etmək;

Təchizatçıların bazasının mütəmadi yeniləmək və təchizatçı firmalarla danışıqlar aparmaq;

Satınalma müsabiqəsində iştirak edən iddiaçıların ixtisas göstəricilərinin uyğunluğunu müəyyən etmək;

Öz səlahiyyətləri çərçivəsində bütün meydana çıxan çatışmazlıqlar barədə departament direktoruna məlumat vermək;

Fəaliyyəti ilə əlaqədar zərurətdən irəli gələn müvafiq təkliflər və tövsiyələr hazırlayıb rəhbərliyə təqdim etmək;

İllik satınalma planına əsasən satın alınacaq mallar (işlər, xidmətlər) üçün qiymət araşdırmasının aparılmasını təmin etmək;

Satınalma prosedurlarının həyata keçirilməsi, tenderin əsas şərtlər toplusunun, iclas protokolunun, yekun protokolun hazırlanması və komissiya üzvləri tərəfindən təsdiq edilməsi üçün zəruri tədbirlərin görülməsini təşkil etmək;

Tələblər

Təhsil: Təhsil – Ali (İnzibati idarəetmə,İqtisadiyyat, Təchizat zənciri)

Təcrübə: Əlaqədar sahədə 3-5 il

Dil bilikləri: Azərbaycan Dili ana dili , İngilis dili və Rus dili üstünlük verilir

Sertifikasiya: CIPS sertifikasiyasının olması üstünlükdür

Texniki biliklər:

MS Office, 1C

Satınalma, Müqavilələrin tərtibatı, Logistika prinsip və qaydaları haqqında məlumat

Bazar araşdırması bacarıqları və müqayisəli təhlil bacarığının olması

Vakansiya haqqında

Son tarix

may 30, 2024

Paylaşılıb

aprel 2, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə