“Grand-Agro İnvitro” MMC Azərbaycanda klonlaşdırma üsulu ilə viruslardan azad, sağlam və yüksək məhsuldarlığa malik bitkilərin çoxaldılması üzrə ixtisaslaşmış bir şirkətdir. Şirkət illik 4 milyon bitki yetişdirmə potensialına malikdir və fəaliyyətini müasir istixana kompleksi vasitəsilə həyata keçirir.
Şirkət meyvəçilik və tingçilik sahəsində yerli və beynəlxalq müəssisələrlə əməkdaşlıq edir və ənənəvi üsullarla çoxaldılması çətin olan, keyfiyyətli bitki materiallarının istehsalı ilə bazarda rəqabət üstünlüyü yaradır.
"Grand-Agro İnvitro” MMC kənd təsərrüfatı sahəsində peşəkar kadr potensialının formalaşdırılması məqsədilə Aqronomiya ixtisası üzrə ali təhsilli mütəxəssislər üçün ödənişli təcrübə proqramı elan edir.
Təcrübə proqramının məqsədi gənc mütəxəssislərin nəzəri biliklərini praktika ilə möhkəmləndirmək, onların müasir texnologiyalarla tanış olmasını təmin etmək və gələcək karyera imkanlarına dəstək göstərməkdir.
Proqram çərçivəsində iştirakçılar “Grand-Agro İnvitro” MMC-nin istixanalarda tətbiq edilən bitki yetişdirilməsi və mühitə uyğunlaşdırılması prosesləri ilə yaxından tanış olacaq, real istehsalat mühitində praktiki təcrübə qazanacaqlar.
Təcrübə proqramını uğurla başa vuran iştirakçılardan gələcəkdə şirkətdə işə qəbul üçün müsahibə mərhələsinə dəvət edilə bilər.
Müddət: 20 iyul – 20 sentyabr 2025
Format: Əyani (istixana sahəsində)
Son müraciət tarixi: 15 iyul 2025
Seçim mərhələləri: Yazılı mərhələ: suallar və praktiki tapşırıqlar və Müsahibə mərhələsi isə İnsan Resursları şöbəsi və aparıcı aqronomlar tərəfindən keçiriləcəkdir
Aqronomiya ixtisası üzrə ali təhsil (bakalavr və ya magistratura pilləsi üzrə)
Bitkiçilik və istixana sahəsində ilkin nəzəri biliklər
Yeni bilik və bacarıqları mənimsəməyə maraq və öyrənməyə həvəs
Praktiki mühitdə işləməyə fiziki hazırlıq
Təcrübə müddəti boyunca tam iştirak öhdəliyi
Son tarix
July 15, 2025
Paylaşılıb
iyul 9, 2025
Vakansiya növü
Təcrübə