“Grand-Agro İnvitro” MMC
Ana səhifə
/
/
/
Satınalma üzrə komanda rəhbəri

Satınalma üzrə komanda rəhbəri

Bu gün

163

Təsvir

Vəzifənin məqsədi:

Şirkətin fəaliyyətinin fasiləsiz və səmərəli təmin olunması üçün satınalma proseslərini effektiv şəkildə idarə etmək, komandanın işinə nəzarət etmək, daxili siyasət və prosedurlara uyğun olaraq xərclərin optimallaşdırılmasını və keyfiyyətli təchizatçı seçimini təmin etmək.


Əsas vəzifə öhdəlikləri:

·      Şirkətin satınalma strategiyasına uyğun olaraq illik və aylıq satınalma planlarını hazırlamaq və icrasına nəzarət etmək;

·      Təchizatçılarla danışıqlar aparmaq, müqavilə və kommersiya şərtlərini razılaşdırmaq;

·      Yeni təchizatçıların araşdırılması, qiymətləndirilməsi və təsdiqi prosesini idarə etmək;

·      Təchizat zəncirində yaranan riskləri müəyyənləşdirmək və azaldılması üzrə tədbirlər görmək;

·      Bütün satınalma əməliyyatlarının daxili siyasət və prosedurlara uyğun həyata keçirilməsini təmin etmək;

·      ERP sistemində satınalma sorğularının və sifarişlərin dəqiq və vaxtında icrasına nəzarət etmək;

·      Bazar qiymətlərinin monitorinqini aparmaq və səmərəli qiymət təkliflərini rəhbərliyə təqdim etmək;

·      Digər şöbələrlə (maliyyə, istehsalat, logistika və s.) effektiv əməkdaşlıq əlaqələrini qurmaq;

·      Komanda üzvlərinin inkişafını, motivasiyasını və performansını idarə etmək.

Tələblər

Namizədə tələblər:

·      Ali təhsil (maliyyə, iqtisadiyyat, idarəetmə və ya əlaqədar sahələr üzrə);

·      Minimum 5 il satınalma sahəsində təcrübə, o cümlədən ən azı 1 il rəhbər vəzifədə iş təcrübəsi;

·      Satınalma prosesləri, təchizat zənciri idarəetməsi barədə biliklər;

·      Güclü danışıqlar aparmaq və analitik düşünmə bacarığı;

·      Komanda idarəetmə və iş bölgüsü bacarığı;

·      Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı (İngilis dili arzuolunandır);

·      ERP və ya satınalma sistemləri ilə işləmə təcrübəsi;

·      Yüksək məsuliyyət, operativlik və detallara diqqət.


Üstünlüklər:

·      Aqrar və ya istehsalat sektorunda iş təcrübəsi;

·      Təchizat zəncirinin optimallaşdırılması layihələrində iştirak təcrübəsi;

·      Maliyyə və büdcə planlaması prinsipləri üzrə biliklər.

Vakansiya haqqında

Son tarix

November 30, 2025

Paylaşılıb

oktyabr 21, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər