“Grand-Agro İnvitro” MMC

Suvarma Operatoru

16-01-2025

722

Təsvir

  • Bölmə rəhbərinin təlimatına uyğun suvarma qurğularını işə hazırlamaq, Elektrik panelindəki elektrik açarların yoxlanması, nasosların üzərindəki manometrlərin işlək olmasını yoxlamaq, iş bitdikdən sonra nasosxana binasındakı bütün elektrik açarlarının söndürülməsini təmin etmək;
  • Nasosların yerləşdiyi quyularda su sızıntısının olmamasına nəzarət etmək, sahələrdə yerləşən kran qruplarının hamısının açıq olmasına əmin olmalı;
  • Sahə və aparıcı aqronomların verdiyi aqronomik proqrama uyğun suvarmanı həyata keçirmək;
  • Suvarma qurğularının hərəkətinə nəzarət etmək, yaranmış nasazlıqları qısa müddətdə aradan qaldırmasında iştirak etmək;
  • Suvarma qurğularının iş saatları, suvarma norması və elektrik sərfiyyatının gündəlik qeydiyyatını aparmaq;
  • Su hovuzunda yetərli həcmdə suvarma suyunun yığılmasına nəzarət etmək;
  • Suvarma prosesi zamanı əsas kontrollerdə normadan artıq su axıntısı olarsa, bu barədə dərhal suvarma mütəxəssislərini məlumatlandırmaq;
  • Su kanalının təmizlənməsində iştirak etmək;
  • Suvarma qurğularına təlimata uyğun texniki qulluq işlərini icra etmək;
  • Gübrə çənlərini hər gübrələmədən sonra təmizlənməsini həyata keçirmək;
  • Nasosxanalarda iş prosesində əməyin təhlükəsizliyi, sanitar-gigiyena şəraitinə, yanğın təhlükəsizliyinə və ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirir.

Tələblər

  • Təhsil- Orta
  • Təcrübə- 6 ay
  • Dil Bilikləri- Azərbaycan dili
  • Suvarma və mexaniki qurğulardan istifadə bacarığı

Vakansiya haqqında

Son tarix

fevral 25, 2025

Paylaşılıb

yanvar 16, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər