
Bu gün
14
Vəzifə öhdəlikləri
1. Etibarnamələri hazırlamaq və qeydiyyatını aparmaq;
2. Dövlət qurumlarına, biznes subyektlərinə və digər aidiyyəti qurum və təşkilatlara ünvanlanan məktub və müraciətlərin (ərizə, sorğu və. s) tərtib edilməsi və redaktə edilməsi;
3. Müqavilələrin və müqavilə əlavələrinin hazırlanması, onlara hüquqi rəy verilməsi, tamlığına/bütövlüyünə, qanunvericiliyə uyğunluğunun yoxlanılması və bunun təsdiqi, eləcədə icra olunacaq işin predmetinə uyğunlaşdırılması;
4. Müqavilə danışıqlarının hüquqi tərəfdən aparılmasında iştirak etmək, rəy və təklifər vermək;
5. Müqavilənin icrası zamanı yaranmış problemlərin, risklərin təhlil edilməsi və bu istiqamətdə müvafiq tədbirlərin görülərək rəhbərliyə rəy və təkliflərin verilməsi;
6. Müqavilələrin reyestrinin aparılmasını həyata keçirmək;
7. Müqavilə sənədlərinin arxivlənməsinə və konfidensial saxlanmasına nəzarəti təmin etmək;
8. Kontragentlərlə müqaviləyə qədər və müqavilənin icrası zamanı danışıqların aparılması;
9. Bütün sənədlərin (müqavilə, yazışma, məktublar) yoxlanılmasını (şirkət direktorunun təsdiqindən öncə) həyata keçirmək;
10. Müqavilələrə əsasən kreditor borclarla bağlı kontragentlərlə şifahi danışıqların və yazışmaların (pretenziya və bildirişlərin hazırlanması) həyata keçirilməsi;
11. Öz səlahiyyətləri daxilində rəhbərlik tərəfindən verilən digər göstərişlərin icra olunmasını təmin etmək.
Tələblər
Ali təhsil;
Sənədləşdirmə və yazışma işlərini bacarmalı;
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);
Güclü ünsiyyət və danışıq qabiliyyəti;
Azərbaycan dili səlis, yaxşı səviyyədə ingilis dili biliyi;
Komandada işləmək bacarığı;
Analitik düşüncə bacarığına sahib olmalı.
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.
Son tarix
April 10, 2026
Paylaşılıb
mart 11, 2026
Vakansiya növü
Tam ştat