Grand Logistics Center
Ana səhifə
/
/
/
SƏTƏM üzrə mütəxəssis

SƏTƏM üzrə mütəxəssis

Bu gün

13

Təsvir

Vəzifə və öhdəliklər:

- İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyə nəzarət etmək və yoxlamalar aparmaq;

-  İş zamanı zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər hazırlamaq və onların həyata keçirilməsinə nəzarət etmək;

-  İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etmək;

-  İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasında iştirak etmək;

-  Bina, qurğu və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətinin yoxlanılmasında iştirak etmək;

- Şirkətin struktur bölmələrində və logistika əməliyyatlarının həyata keçirilməsində ətraf mühitin çirkləndirilməsinin minimuma endirilməsi ilə bağlı tədbirlər görülməsində iştirak etmək;

-  Strateji və illik planların hazırlanmasında və həyata keçirilməsində direktora dəstək olmaq və onların müntəzəm olaraq rəsmi şəkildə yenilənməsini təmin etmək;

-  Ziyarətçilər və qonaqlar üçün nəzərdə tutulmuş giriş təlimatı, işə götürülənlərlə isə ümumi təlimatları aparmaq və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasında köməklik etmək;

- Xadimə, fəhlə, mühəndis, sürücü və digər texniki personalın əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılması və attestasiya komissiyasının işində iştirak etmək;

- Xidmətlərə təhlükəsizlik texnikası üzrə təlimatların işlənib hazırlanmasında metodiki köməklik etmək;

-  İş zamanı baş vermiş qəza və bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək;

-  İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub, təklif və şikayətlərinə baxmaq və səlahiyyətləri daxilində lazımi ölçülər götürmək;

-  Fəaliyyəti ilə əlaqədar mövcud forma və qaydalara uyğun olaraq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;



Tələblər

     Vakansiya üzrə tələblər


  • Ali təhsil (Əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsi üzrə təhsil üstünlükdür);
  • SƏTƏM sahəsində minimum 3 il iş təcrübəsi;
  • SƏTƏM hesabatlarının hazırlanması və sənədləşdirmə üzrə bilik və bacarıqlar;
  • Azərbaycan Respublikasının əməyin mühafizəsi və təhlükəsizlik qaydaları üzrə biliklər;
  • IOSH, NEBOSH və digər beynəlxalq SƏTƏM sertifikatlarının olması üstünlük hesab olunur;
  • MS Office proqramlarında, xüsusilə Excel üzrə işləmək bacarığı;
  • Məsuliyyətlilik, diqqətlilik və komanda ilə işləmək bacarığı.


Vakansiya haqqında

Son tarix

October 9, 2026

Paylaşılıb

sentyabr 9, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Digər