Green Plant MMC
Ana səhifə
/
/
/
Korporativ satış üzrə mütəxəssis

Korporativ satış üzrə mütəxəssis

Bu gün

25

Təsvir

1. Şirkət strategiyalarına uyğun olaraq bazarın araşdırılması, müəyyən edilmiş satış hədəflərinin reallaşdırılması istiqamətində aktiv müştəri ziyarətlərinin təşkili, mövcud və potensial müştərilər qarşısında məhsul və xidmətlərin tanıtımını həyata keçirmək;

2. Bazar araşdırması fəaliyyətinin effektiv şəkildə aparılması, yeni müştərilərin tapılması və yaradılmış portfelin effektiv idarə olunması;

3. Potensial partnyorlar və müştərilərin tapılması və ilkin əlaqələrin yaradılması;

4. B2B satış ilə bağlı bazar araşdırmalarının aparılması və korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması;

5. Bazardakı satış qiymətlərinin monitorinqi və rəqiblərin analiz edilməsi;

6. Mövcud partnyorlar və müştərilərlə ticarət əlaqələrinin qorunması və inkişaf etdirilməsi;

7. Korporativ müştərilərlə satış üçün danışıqların aparılması və müştəri tələblərinə əsasən təkliflərin hazırlanması;

8. Satışla bağlı sənədləşmə işlərinin (müqavilə, uçot, təhvil təslim və digər) aparılması;

9. Satışın inkişaf etdirilməsi üzrə təkliflər planının hazırlanıb rəhbərliyə təqdim olunması;

10.Şirkətin strategiyası çərçivəsində, bazar şərtləri və müştəri ehtiyacları yönündə yeni məhsul və xidmət modellərinin inkişaf etdirilməsini təmin edir;

11.Satış hədəflərinə çatmaq üçün lazımi marketinq fəaliyyətlərini və məhsul strategiyasına uyğun illik promosyon fəaliyyərlərini planlaşdırıb rəhbərliyə təqdim etmək.

12.    Bazar, rəqabətlilik və müştəri analizləri etmək;

13.Sifarişləri qəbul etmək və izləmək, satış hədəflərini yerinə yetirmək, debitor borclarına nəzarət etmək.

Tələblər

Ali təhsil

FMCG, HoReCa, B2B və ya distribusiya sahəsində 3 il iş təcrübəsi

Microsoft Office (yaxşı), CRM proqramları


Biliklər

Əvvəlki satış təcrübəsi və ya satış yönümlü düşüncə tərzi, bilik və bacarıqlar;

Müştəri ehtiyaclarını müəyyən etmək və onları qarşılamaq bacarığı;

Təqdimat bacarıqları, şirkətin məhsul və xidmətlərini ən effektiv yollarla təqdim edə bilmək;

Məhsul və xidmətlərin xüsusiyyətləri, üstünlükləri və rəqabət üstünlükləri barədə bilik;

Satış hesabatlarının hazırlanması və satış nəticələrinin təhlili bacarığı;

Müştəri bazasının formalaşdırılması və inkişaf etdirilməsi üzrə bilik;

Çarpaz satış (Cross-selling) və əlavə satış (Up-selling) texnikaları üzrə bilmək


Yumşaq bacarıqlar

Effektiv Kommunikasiya

İnandırma və təsiretmə

Danışıqlar aparmaq bacarığı

Müştəriyönümlülük

Vaxtın idarə edilməsi

Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq.

Çeviklik

Vakansiya haqqında

Son tarix

October 15, 2026

Paylaşılıb

sentyabr 15, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Satış və müştəri xidmətləri