Green Plant MMC
Ana səhifə
/
/
/
Satınalma Üzrə Aparıcı Mütəxəssis

Satınalma Üzrə Aparıcı Mütəxəssis

  • Green Plant MMC
  • Ünvan:Bakı ş, Nərmanov Rayon,Əhməd Rəcəbli 1/25,Chinar Park.
  • Tam ştat

Bu gün

15

Təsvir

  • Müəssisənin struktur bölmələrindən daxil olan satınalma tələblərini qəbul etmək, təhlil etmək və prioritetləşdirmək
  • Satın alınacaq mal, material, xammal, avadanlıq və xidmətlər üzrə bazar araşdırması aparmaq
  • Potensial təchizatçıları müəyyən etmək, onların kommersiya təkliflərini toplamaq və müqayisəli təhlil aparmaq.
  • Təchizatçıların qiymət, keyfiyyət, çatdırılma müddəti, ödəniş şərtləri və digər kommersiya göstəricilərini qiymətləndirmək.
  • Satınalma üzrə qiymət təkliflərinin müqayisə cədvəllərini hazırlamaq və rəhbərliyə təqdim etmək.
  • Satınalma prosedurlarının müəssisədaxili qaydalara və təsdiq edilmiş prosedurlara uyğun həyata keçirilməsini təmin etmək.
  • Təchizatçılarla kommersiya danışıqları aparmaq və daha əlverişli qiymət və şərtlərin əldə edilməsinə çalışmaq.
  • Satınalma sifarişlərinin, müqavilələrin, hesab-fakturaların, təhvil-təslim sənədlərinin və digər aidiyyəti sənədlərin düzgün rəsmiləşdirilməsini təmin etmək.
  • Satınalmalar üzrə hesabatlar, analitik məlumatlar və rəhbərlik üçün təqdimatlar hazırlamaq.
  • Alternativ məhsul və xidmətlərin müqayisəsi
  • Maliyyə, anbar və digər aidiyyəti şöbələrlə əlaqənin saxlanılması
  • Sifarişlərin vaxtında çatdırılmasına nəzarət etmək.
  • Satınalma sənədlərinin sistemli şəkildə uçotunu və arxivləşdirilməsini təmin etmək.
  • Satınalma prosesində yaranan gecikmə, uyğunsuzluq və digər problemlərin aradan qaldırılması üçün tədbirlər görmək.
  • Rəhbərlik tərəfindən vəzifə öhdəlikləri ilə bağlı verilən digər tapşırıqların icrası


Tələblər

  • Ali Təhsil
  • Satınalma və ya təchizat zənciri üzrə sertifikatlar arzuolunandır
  • Müvafiq sahə üzrə Minimum 3-5 il iş təcrübəsi
  • Azərbaycan (sərbəst),Rus dillərində ünsiyyət və yazı bacarığı.İngilis dili üstünlükdür.
  • MS Office (Word, Excel, Outlook) və 1C proqramlarını istifadə bacarığı.
  • Satınalma proseslərinin təşkili və idarə edilməsi prinsiplərini bilməli
  • Təchizatçıların seçilməsi və qiymətləndirilməsi üsullarını bilməli
  • Bazar araşdırması və qiymət müqayisəsi metodlarını
  • Danışıqların aparılması və kommersiya təkliflərinin qiymətləndirilməsi üsullarını bilməli.
  • Analitik düşüncə və detallara diqqət
  • Məsuliyyətlilik və vaxtın düzgün idarə edilməsi
  • Güclü ünsiyyət və danışıqlar aparma bacarığı
  • Stressə davamlılıq və komandada işləmək bacarığı
  • Etik qaydalara və şəffaflığa əməl edilməsi


Vakansiya haqqında

Son tarix

August 30, 2026

Paylaşılıb

avqust 17, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Supervayzer

Təhsil

Bakalavr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə