Guven Technology LLC
Ana səhifə
/
/
/
1C proqramı üzrə maliyyə analitiki

1C proqramı üzrə maliyyə analitiki

Bu gün

5

Təsvir

  • Şirkətin maliyyə və mühasibatlıq proseslərini təhlil etmək və onların 1C sistemində düzgün əks olunmasını təmin etmək;
  • Maliyyə məlumatlarının təhlilini aparmaq, dövri və xüsusi təyinatlı hesabatlar hazırlamaq;
  • Büdcə, gəlir, xərc və pul vəsaitlərinin hərəkəti üzrə məlumatları analiz etmək və rəhbərliyə təqdim etmək;
  • İstifadəçi tələblərini toplamaq, təhlil etmək və sistemdə tətbiqi üçün texniki tapşırıqlar hazırlamaq;
  • 1C sistemində yeni funksionallıqların tətbiqində iştirak etmək, test proseslərini həyata keçirmək və nəticələri qiymətləndirmək;
  • Maliyyə və biznes proseslərinin avtomatlaşdırılması üzrə təkliflər hazırlamaq və tətbiqində iştirak etmək;
  • Sistem üzrə yaranan problemləri araşdırmaq, səbəblərini müəyyən etmək və həlli istiqamətində tədbirlər görmək;
  • Maliyyə məlumatlarının düzgünlüyünə və tamlığına nəzarət etmək;
  • Maliyyə göstəricilərinin monitorinqini aparmaq, kənarlaşmaları müəyyən etmək və rəhbərliyə təqdim etmək;
  • Audit, daxili nəzarət və digər yoxlamalar zamanı tələb olunan məlumat və hesabatları hazırlamaq;
  • İstifadəçilərə metodoloji dəstək göstərmək, zəruri hallarda təlimlər keçirmək və təlim materialları hazırlamaq;
  • Digər struktur bölmələrlə əməkdaşlıq edərək biznes tələblərini müəyyənləşdirmək və uyğun sistem həlləri təklif etmək.

Tələblər

  • Ali təhsil (İnformasiya Texnologiyaları, Maliyyə və ya əlaqəli sahə üzrə ali təhsil;);
  • Dil bilikləri: Azərbaycan dili – sərbəst, Rus və İngilis dili biliyi (üstünlükdür);
  • İş təcrübəsi: 1C platforması və ya maliyyə üzrə 2-3 il iş təcrübəsi;
  • Maliyyə, mühasibatlıq və idarəetmə uçotu üzrə biliklər;
  • Maliyyə hesabatlarının hazırlanması və təhlili bacarığı;
  • Analitik düşüncə və problem həll etmə bacarığı;
  • Microsoft Excel proqramında yüksək səviyyədə işləmək bacarığı;
  • SQL və məlumat bazaları üzrə biliklər (üstünlükdür);
  • Effektiv ünsiyyət və komanda ilə işləmək bacarığı;
  • Biznes proseslərinin modelləşdirilməsi və təhlili sahəsində təcrübə

Vakansiya haqqında

Son tarix

July 18, 2026

Paylaşılıb

iyun 18, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik