Guven Technology LLC
Ana səhifə
/
/
/
Əməkhaqqı və İnsan Resursları əməliyyatları üzrə mütəxəssis

Əməkhaqqı və İnsan Resursları əməliyyatları üzrə mütəxəssis

Bu gün

2

Təsvir

  • Əməkhaqqı, bonus və digər ödənişlərin düzgün və vaxtında hesablanmasını və ödənilməsini təmin etmək;
  • Son haqq-hesab, məzuniyyət və əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlərin hesablanması və ödənişlərini həyata keçirmək, məzuniyyət prosesini izləmək və nəzarətdə saxlamaq;
  • İşə qəbul, işdən çıxma, icbari sığorta (isb.az) və e-gov əməliyyatlarını həyata keçirmək;
  • Əməkdaşların şəxsi işlərinin formalaşdırılması və mütəmadi olaraq yenilənməsini təmin etmək;
  • Əmək müqavilələrinin, əmrlərin və digər HR sənədlərinin hazırlanmasında iştirak etmək;
  • Əməkhaqqı, bonus və işçi xərcləri üzrə aylıq hesabatlar və təhlillər hazırlamaq;
  • Vahid bəyannamə və statistika üzrə hesabatların hazırlanmasını və vaxtında təqdim edilməsini təmin etmək;
  • Rüblük, illik vahid bəyənnamə və statistika hesabatları hazırlayıb təqdim etdmək;
  • İnsan Resursları büdcəsinin hazırlanması, izlənməsi və illik büdcələmə prosesində iştirak etmək;
  • Tibbi sığorta və digər əməkdaş imtiyazlarının idarə edilməsini və izlənilməsini təmin etmək;
  • İR əməliyyatları üzrə prosedurların hazırlanması, yenilənməsi və proseslərin təkmilləşdirilməsi üzrə təkliflər vermək;
  • Əmək qanunvericiliyinə uyğunluğu təmin etmək və rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.

Tələblər

  • Təhsil : Biznes, İqtisadiyyat, İnsan Resursları və ya əlaqəli sahələr üzrə bakalavr dərəcəsi;
  • Təcrübə: Müvafiq sahədə minimum 2-3 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili - sərbəst; İngilis dili – yaxşı; Rus dili – üstünlükdür;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi və vergi qanunvericiliyi üzrə bilik;
  • Şirkətdaxili ERP sistemləri, xüsusilə 1C, həmçinin MS Excel, Outlook və MS Visio ilə işləmə bacarığı;
  • Elektron hökumət platformaları (e-gov, isb.az) ilə işləmək bacarığı;
  • Vergi qanunvericiliyi, o cümlədən gəlir vergisi və azadolmalar, sosial sığorta, icbari sığorta və digər əlaqəli qanunvericilik üzrə biliklərin olması arzuolunandır;
  • Məlumatların vizuallaşdırılması (məsələn, Power BI) və yüksək səviyyədə təqdimat bacarıqları;
  • Analitik düşüncə, detallara diqqət, məxfilik prinsiplərinə riayət və yüksək məsuliyyətlilik;

Vakansiya haqqında

Son tarix

October 4, 2026

Paylaşılıb

sentyabr 4, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə