Guven Technology — bizneslərin rəqəmsal transformasiyasını dəstəkləyən, müasir və innovativ İT həlləri təqdim edən texnologiya şirkətidir. Şirkət informasiya texnologiyaları, İT infrastrukturu, şəbəkə həlləri və kibertəhlükəsizlik istiqamətlərində fəaliyyət göstərir.
- Şirkətin hüquqi fəaliyyətinin təşkili və idarə edilməsi, hüquqi risklərin müəyyən edilməsi və minimallaşdırılması;
- Şirkətin fəaliyyətinin Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə və normativ hüquqi aktlara uyğunluğunun təmin edilməsi;
- Müqavilələrin, sazişlərin, memorandumların və digər hüquqi sənədlərin hazırlanması, hüquqi ekspertizası və razılaşdırılması prosesinin idarə edilməsi;
- Müqavilə öhdəliklərinin icrasına nəzarət və müqavilə risklərinin qiymətləndirilməsi;
- Müştərilər, tərəfdaşlar, təchizatçılar və digər üçüncü tərəflərlə hüquqi məsələlərin tənzimlənməsi;
- Korporativ idarəetmə, şirkətdaxili qərarların, protokolların, əmrlərin və digər hüquqi sənədlərin hazırlanması və hüquqi müşayiətinin təmin edilməsi;
- Məhkəmə, arbitraj və digər mübahisələrin idarə edilməsi, zəruri hallarda şirkətin dövlət orqanları və digər qurumlar qarşısında təmsil edilməsi;
- Hüquqi məsələlərlə bağlı rəhbərliyə məsləhət və hüquqi rəy verilməsi;
- Hüquq və müqavilələr üzrə daxili prosedur, siyasət və qaydaların hazırlanması və təkmilləşdirilməsi;
- Hüquq komandasının fəaliyyətinin təşkili, iş bölgüsünün aparılması və əməkdaşların peşəkar inkişafının dəstəklənməsi.