Guven Technology LLC
Ana səhifə
/
/
/
İKT və İnformasiya Təhlükəsizliyi risklərinin idarəedilməsi üzrə mütəxəssis

İKT və İnformasiya Təhlükəsizliyi risklərinin idarəedilməsi üzrə mütəxəssis

23-04-2025

351

Təsvir

  • Şirkətin fəaliyyətinə və məqsədlərinə təsir göstərə biləcək potensial riskləri müəyyən etmək, qiymətləndirmək və prioritetləşdirmək;
  • Risklərin idarəedilməsi ilə bağlı metodologiyaların hazırlanmasında iştirak etmək;
  • İKT və İnformasiya Təhlükəsizliyi üzrə risklərin idarəedilməsi siyasətinə riayət edilməsinin monitorinqini aparmaq;
  • Daxili və xarici İKT və İnformasiya Təhlükəsizliyi təhdidlərini və riskləri, həmçinin onların müəyyənləşdirilməsi, təsirinin qiymətləndirilməsi və sənədləşdirilməsini aparmaq;
  • Mütəmadi olaraq İKT və İnformasiya Təhlükəsizliyi risklərinin qiymətləndirilməsində iştirak etmək və nəticəsində risk xəritəsini hazırlamaq;
  • İKT və İnformasiya Təhlükəsizliyi üzrə risk limitlərinə riayət olunmasına daimi nəzarəti həyata keçirmək və pozuntular barədə dərhal məlumat vermək;
  • İKT və İnformasiya Təhlükəsizliyi risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədi ilə şirkətin digər departamentlərindən, elektron informasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək;
  • Risklər ilə bağlı şirkətin digər departamentlərinə məsləhətlər vermək və metodoloji yardım göstərmək. Onlarla əməkdaşlıq edərək risk idarəetmə təcrübələrini digər struktur bölmələrin gündəlik əməliyyatlarına inteqrasiya etmək;
  • Şirkətin digər departamentləri ilə əməkdaşlıq edərək risk idarəetmə təcrübələrini onların gündəlik əməliyyatlarına inteqrasiya etmək;
  • Şirkətin aidiyyəti struktur bölmələri ilə birgə fövqəladə hallar planının hazırlanmasında iştirak etmək;
  • Əməkdaşlara risk idarəetməsi üzrə metodoloji dəstəklənməsi və məlumatlıq səviyyəsinin artırılması üzrə tədbirlərin təşkilində iştirak etmək;
  • Risklərin idarə olunması üzrə daxili qaydalar, proseslər və digər normativ sənədlərin hazırlanması və onların yerinə yetirilməsi prosesində iştirak etmək;
  • Risk idarəetmə fəaliyyətləri və biznes proseslərinin təkmilləşdirilməsi barədə mütəmadi hesabatlar hazırlamaq və təqdim etmək;
  • Riskin təsir və ehtimal təhlili edildikdən sonra, təsviri və risk səviyyəsinin müəyyən edilməsi. Riskin təsirinin azaldılması üçün bir sıra nəzarət tədbirlərin hazırlanması;
  • Risk qarşısının alınması planlarının sənədləşdirilməsi.


Tələblər

  • Ali təhsil (müvafiq istiqamət üzrə);
  • Risklərin idarə edilməsi, İT risklərinin idarə edilməsi, İT audit və ya digər müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi tələb olunur;
  • CRISC və ya ISO/IEC 27005 üzrə sertifikatların olması arzu olunandır;
  • Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis – yaxşı. Rus dili – orta.
  • Mükəmməl yazılı və şifahi ünsiyyət bacarıqları ilə müstəqil işləmək və komanda ilə əməkdaşlıq etmək qabiliyyəti;


Vakansiya haqqında

Son tarix

June 2, 2025

Paylaşılıb

aprel 23, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik