Guven Technology LLC
Ana səhifə
/
/
/
İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis

İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis

Bu gün

296

Təsvir

Guven Technology — bizneslərin rəqəmsal transformasiyasını dəstəkləyən, müasir və innovativ İT həlləri təqdim edən texnologiya şirkətidir. Şirkət informasiya texnologiyaları, İT infrastrukturu, şəbəkə həlləri və kibertəhlükəsizlik istiqamətlərində fəaliyyət göstərir.


  • Şirkət əməkdaşlarının informasiya təhlükəsizliyi üzrə bilik və məlumatlılıq səviyyəsinin artırılması məqsədilə maarifləndirmə proqramlarını hazırlamaq, idarə etmək və icra etmək;
  • Security Awareness platformasını idarə etmək, istifadəçilərin əlavə edilməsi, təlim modullarının təyin olunması, maarifləndirmə kampaniyalarının təşkili və nəticələrin monitorinqini həyata keçirmək;
  • Müxtəlif şöbə və vəzifə qruplarının ehtiyaclarına uyğun onlayn və əyani təlimlər, vebinarlar və təqdimatlar keçirmək;
  • Simulyasiya edilmiş fişinq (phishing) və sosial mühəndislik testlərini planlaşdırmaq, həyata keçirmək və əməkdaşların reaksiya göstəricilərini təhlil etmək;
  • Təlim və simulyasiya nəticələri əsasında hesabatlar hazırlamaq, yüksək riskli istifadəçi qruplarını müəyyənləşdirmək və müvafiq əlavə maarifləndirmə tədbirləri görmək;
  • İnformasiya təhlükəsizliyi üzrə bələdçilər, infoqrafiklər, məlumat bülletenləri və digər maarifləndirici materiallar hazırlamaq;
  • Yeni işə qəbul olunan əməkdaşlar üçün informasiya təhlükəsizliyi üzrə ilkin təlimlərin (onboarding) təşkilini təmin etmək;
  • Aktual kibertəhlükə və hücum tendensiyalarını, eləcə də şirkətdaxili təhlükəsizlik insidentlərini izləmək və təlim proqramlarını mütəmadi yeniləmək;
  • İnformasiya təhlükəsizliyi mədəniyyətinin gücləndirilməsi məqsədilə İnformasiya Təhlükəsizliyi, İT və İnsan Resursları komandaları ilə əməkdaşlıq etmək.

Tələblər

  • Ali təhsil (İnformasiya təhlükəsizliyi, Kompüter elmləri, İnformasiya texnologiyaları və ya əlaqəli sahələr üzrə);
  • İnformasiya təhlükəsizliyi, Security Awareness proqramlarının idarə edilməsi və ya korporativ təlimlərin təşkili sahəsində 3-4 il iş təcrübəsi;
  • Azərbaycan dilini mükəmməl bilmək, ingilis və rus dillərini bilmək arzuolunandır;
  • İnformasiya təhlükəsizliyinin əsas prinsipləri, sosial mühəndislik, fişinq hücumları, parol təhlükəsizliyi və məlumatların məxfiliyi üzrə biliklər;
  • Security Awareness və LMS (Learning Management System) platformaları ilə işləmək bacarığı;
  • ISO/IEC 27001, NIST və digər informasiya təhlükəsizliyi standartları və çərçivələri üzrə baza bilikləri;
  • Yüksək təqdimat, natiqlik və auditoriya ilə işləmək bacarığı;
  • Texniki mövzuları sadə, anlaşıqlı və cəlbedici formada izah etmək qabiliyyəti;
  • Güclü ünsiyyət, təşkilatçılıq, analitik düşünmə və hesabatlılıq bacarıqları;
  • SANS Security Awareness Professional (SSAP), CompTIA Security+ və ya sahə üzrə digər müvafiq beynəlxalq sertifikatlara sahib olmaq üstünlükdür.


Vakansiya haqqında

Son tarix

December 20, 2026

Paylaşılıb

noyabr 20, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik