Guven Technology LLC
Ana səhifə
/
/
/
İT Layihələr üzrə Baş mütəxəssis

İT Layihələr üzrə Baş mütəxəssis

Dünən

256

Təsvir

  • Layihənin düzgün idarə olunmasını təmin etmək üçün daxili resursları və üçüncü tərəflər/təchizatçılar ilə əlaqələndirir;
  • Bütün layihələrin vaxtında, iş həcmi və büdcə çərçivəsində təhvil verilməsini təmin edir;
  • Bütün marağı olan tərəfləri cəlb etməklə layihənin əhatə bitmə tarixinə (dead-line) texniki mümkünlüyünü təmin edir;
  • Tələb olunduğu halda Standartlar çərçivəsində Layihə tapşırığı və Texniki tapşırıqlar hazırlayır;
  • Kompleks dizayn sənədlərinin hazırlayır;
  • Progresi izləmək üçün ətraflı layihə planı hazırlayır;
  • Resursların mövcudluğunu və layihələr üzrə düzgün bölüşdürülməsini təmin edir;
  • Layihənin çərçivəsində, xərclər üzrə dəyişiklikləri idarə etmək üçün müvafiq yoxlama metodlarından istifadə edir;
  • Müvafiq sistemlər, alətlər və texniki imkanlardan istifadə edərək layihə performansının ölçür;
  • Mütəmadı olaraq layihələr üzrə bir başa rəhbərinə hesabat verir;
  • Müştəri və bütün marağı olan tərəflərlə münasibətləri idarə edir;
  • Layihə risklərini minimuma endirmək üçün tədbirləri görür və ya eskalasiya edir;
  • Layihənin idarə olunması zamanı daxili və xarici resursları (3-cü tərəfləri) cəlb edərək ezamiyyə planlayır;
  • Layihə üçün tələb olunan bütün mal/material və işçilik üzrə sorğuların və sifarişlərin düzgün və vaxtında yaradılmasını həmçinin, alışı üçün lazımi dəstəyi göstərir;
  • Tələb olunduğu halda sifarişçi üçün lazımi hesabatları təqdim edir;
  • IT Layihəri üzrə Baş Mütəxəssis yuxarıda qeyd olunan məqamları tam məsuliyyətlə icra edir;


Tələblər

  • İT və ya Zəif axın (CCTV, TV, AV sistemləri və s.) sektorunda layihələr üzrə ən azı 3 il təcrübə;
  • Ali təhsil - kompüter elmləri və ya mühəndislik üzrə;
  • Zəif axın və Strukturlaşmış Kabel Sistemləri üzrə (SCS) sertifikatlarının olmasına üstünlük verilir;
  • PMP / PRINCE II / Agile sertifikatlarının olmasına üstünlük verilir;
  • Resource, Risk, Time və Task Management üzrə sertifikatların olması na üstünlük verilir;
  • Yazı və şifahi ünsiyyət bacarıqları, analitik düşüncə tərzi, münaqişələri həll etmək və idarə etmək bacarığı. 


Vakansiya haqqında

Son tarix

May 14, 2025

Paylaşılıb

aprel 23, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik