Guven Technology LLC
Ana səhifə
/
/
/
İT üzrə kiçik mütəxəssis (çağrı mərkəzi)

İT üzrə kiçik mütəxəssis (çağrı mərkəzi)

Dünən

206

Təsvir

  • İstifadəçilərdən daxil olan zəng, e-poçt və müraciətləri qəbul etmək, dəqiq diaqnostika aparmaq və ilkin texniki dəstək göstərmək.
  • Müraciətləri sistemə qeydiyyata almaq, insident/sorğu növünü və prioritetini düzgün təyin etmək.
  • Lazım olduqda müraciətləri aidiyyəti İT strukturlarına eskalasiya etmək və həll prosesinə nəzarət etmək.
  • İstifadəçiləri müraciətin statusu barədə mütəmadi məlumatlandırmaq.
  • Uzaqdan bağlantı vasitəsilə texniki problemlərin həllinə dəstək göstərmək.
  • Help Desk ticketing sisteminin işləməsinə nəzarət etmək və iş axınını tənzimləmək.
  • Sistem və proqram təminatlarında aşkar olunan xətaların aradan qaldırılması üçün daxili və xarici tərəflərlə koordinasiya etmək.
  • Tez-tez verilən suallar (FAQ) bazasını yeniləmək və istifadəçilərə təqdim etmək.
  • Kompüter və printer avadanlıqlarının inventarlaşdırılması və texniki xidməti proseslərinə dəstək vermək.
  • Proqram təminatları, lisenziyalar və İT infrastrukturunun yenilənməsi ilə bağlı təkliflər hazırlamaq.
  • İnformasiya təhlükəsizliyi tələblərinə uyğun sazlamaların həyata keçirilməsinə dəstək olmaq.
  • Departamentin prosedur, hesabat və sənədləşmə işlərində iştirak etmək.

Tələblər

  • Ali təhsil (İnformasiya texnologiyaları, Kompüter mühəndisliyi və ya əlaqədar sahə üzrə);
  • Help Desk, İT dəstək və ya əlaqədar sahədə ən azı 1 il təcrübə;
  • Dil bilikləri: Azərbaycan dili - sərbəst, rus və ingilis dili - yaxşı;
  • Məxfilik və informasiya qorunması qaydalarına riayət etmək;
  • İnformasiya sistemləri və şəbəkə konfiqurasiyalarının quruluşu və arxitekturası haqqında bilik;
  • MS Windows əməliyyat sistemlərində işləmək bacarığı;
  • Helpdesk və ticketing sistemlərində təcrübə;
  • Müstəqil qərar vermək və problem həll etmək bacarığı;
  • İnsanlarla fəal ünsiyyət qurmaq bacarığı;
  • Komanda ilə işləmək bacarığı;
  • Hesabatların hazırlanması və sənədləşmə bacarığı;
  • Texniki məlumatı qeyri-texniki istifadəçilərə izah etmək bacarığı;
  • MS Office proqramlarında sərbəst işləmək.


Vakansiya haqqında

Son tarix

December 14, 2025

Paylaşılıb

noyabr 20, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik