Guven Technology — bizneslərin rəqəmsal transformasiyasını dəstəkləyən, müasir və innovativ İT həlləri təqdim edən texnologiya şirkətidir. Şirkət informasiya texnologiyaları, İT infrastrukturu, şəbəkə həlləri və kibertəhlükəsizlik istiqamətlərində fəaliyyət göstərir.
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması və konsolidasiyasını həyata keçirmək;
- İllik büdcənin hazırlanması və dövri maliyyə proqnozlarının yenilənməsi prosesində iştirak etmək;
- Şöbələr, layihələr və xidmət istiqamətləri üzrə xərclərin bölüşdürülməsi hesablamalarını aparmaq;
- Layihə və xidmət istiqamətləri üzrə mənfəətlilik təhlillərini hazırlamaq və nəticələri rəhbərliyə təqdim etmək;
- Maliyyə hesabatlarının hazırlanması prosesinin avtomatlaşdırılması və optimallaşdırılması üzrə təşəbbüslərdə iştirak etmək;
- Daxili və xarici audit prosesləri üçün maliyyə məlumatlarının və sənədlərinin hazırlanmasını təmin etmək;
- Rəhbərliyin maliyyə təhlili və hesabatlarla bağlı sorğularını vaxtında icra etmək;
- Komanda üzvlərinə metodoloji dəstək göstərmək və bilik mübadiləsində iştirak etmək.