Guven Technology LLC
Ana səhifə
/
/
/
Satınalma üzrə mütəxəssis

Satınalma üzrə mütəxəssis

Bu gün

421

Təsvir

Guven Technology — bizneslərin rəqəmsal transformasiyasını dəstəkləyən, müasir və innovativ İT həlləri təqdim edən texnologiya şirkətidir. Şirkət informasiya texnologiyaları, İT infrastrukturu, şəbəkə həlləri və kibertəhlükəsizlik istiqamətlərində fəaliyyət göstərir.


  • Şirkətin ehtiyaclarına uyğun mal və xidmətlərin satınalma prosesini təşkil etmək və idarə etmək;
  • Daxili struktur bölmələrdən daxil olan satınalma sorğularını qəbul etmək, təhlil etmək və icrasını təmin etmək;
  • Potensial təchizatçıların araşdırılması, seçilməsi və qiymətləndirilməsini həyata keçirmək;
  • Təchizatçılardan kommersiya təkliflərinin alınması, müqayisəsi və qiymət danışıqlarının aparılması;
  • Bazar araşdırması aparmaq, qiymət və keyfiyyət baxımından optimal təklifləri müəyyənləşdirmək;
  • Satınalma sifarişlərinin və müqavilələrin hazırlanması və icrası prosesində iştirak etmək;
  • Təchizatçılarla işgüzar münasibətləri qurmaq və inkişaf etdirmək;
  • Satınalma proseslərinin şirkətin daxili prosedur və qaydalarına uyğun həyata keçirilməsini təmin etmək;
  • Satınalma üzrə hesabatların hazırlanması və müvafiq sənədləşmənin aparılması.

Tələblər

  • Ali təhsil (İqtisadiyyat, Biznesin idarə edilməsi, Maliyyə, Logistika və ya texniki istiqamətlər üzrə);
  • Satınalma və ya logistika sahəsində 2-3 il iş təcrübəsi;
  • Kommersiya təkliflərinin müqayisəli təhlili və optimal təchizatçının seçilməsi üzrə təcrübə;
  • MS Excel proqramı üzrə yaxşı biliklər;
  • 1C, SAP, Oracle və ya digər ERP sistemləri üzrə praktiki biliklər.
  • İT avadanlıqları (serverlər, kompüterlər, şəbəkə avadanlıqları və s.) üzrə satınalma təcrübəsi;
  • Azərbaycan dilində sərbəst, ingilis dilində işgüzar yazışma və kommersiya sənədləri ilə işləmək bacarığı, rus dili üstünlükdür;


Vakansiya haqqında

Son tarix

December 20, 2026

Paylaşılıb

noyabr 20, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə