Hikvision CO MMC

SMM / AI mütəxəssisi

Bu gün

54

Təsvir

Müasir AI alətləri, xüsusilə ChatGPT və Claude ilə işləməyi bacaran, kontent yarada bilən və sosial şəbəkələri müstəqil şəkildə idarə edə bilən SMM mütəxəssisi axtarırıq.


Vəzifələr

* Instagram, TikTok, LinkedIn və digər sosial şəbəkələrin idarə edilməsi.

* Kontent-planın hazırlanması və həyata keçirilməsi.

* Dizaynlı postların, Stories, Reels və mini-animasiyaların hazırlanması.

* Şirkətin məhsulları haqqında kontentin hazırlanması və paylaşılması.

* Videomontajçıdan hazır video materialların qəbul edilməsi və kontentin sosial şəbəkələrdə vaxtında paylaşılması.

* Videomontajçı ilə birlikdə qısa videolar üçün ideya və ssenarilərin hazırlanması.

* Kontent, ideya və vizual materialların hazırlanması üçün ChatGPT, Claude və digər AI alətlərindən istifadə.

* Sosial şəbəkələrdə trendlərin izlənilməsi və şirkətin səhifəsinə uyğunlaşdırılması.

* Meta Ads reklamlarının qurulması və idarə edilməsi.


 İş qrafiki

Bazar ertəsi–Cümə: 10:00–19:00.

Şənbə — qısa iş günü: ayda 2 şənbə iş günü, 2 şənbə istirahət günüdür.

Əmək haqqı: 1200 - 1500 AZN


İş yeri

Bakı, Şərq bazarın yaxınlığı (metro 28 may)

Əgər qeyd olunan tələblərə uyğunsunuzsa, zəhmət olmasa CV-nizi və PORTFOLİO-nuzu [email protected] elektron poçt ünvanına göndərin. Məktubun mövzu hissəsində “SMM” qeyd etməyiniz xahiş olunur.

Tələblər

* SMM sahəsində ən azı 3 il iş təcrübəsi.

* ChatGPT və Claude ilə sərbəst işləmək bacarığı.

* Dizaynlı kontent, Stories və Reels hazırlamaq bacarığı.

* Qısa videolar çəkmək bacarığı.

* Meta Ads biliyi və reklam kampaniyalarını müstəqil şəkildə qurmaq bacarığı.

* Yaradıcı yanaşma, məsuliyyətlilik və son tarixlərə riayət etmək.

* Portfolio təqdim edilməsi mütləqdir.

* SEO bacarıqları və Google Ads biliyi üstünlükdür.

* Adobe Photoshop proqramını bilmək tələb olunur.

Vakansiya haqqında

Son tarix

November 18, 2026

Paylaşılıb

oktyabr 19, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Kütləvi İnformasiya vasitələri və İctimaiyyətlə Əlaqələr