Mobil rabitə şəbəkələrində (2G/3G/4G/5G) xidmət keyfiyyətinin qiymətləndirilməsi məqsədilə drive test və walk test ölçmələrini planlaşdırmaq, ölçmə marşrutlarını və test ssenarilərini hazırlamaq və icra etmək;
Bina daxili məkanlarda (ticarət mərkəzləri, metro, hava limanı, inzibati binalar və s.) walk test ölçmələrini aparmaq;
Ölçmə avadanlıqlarını və proqram təminatını quraşdırmaq, konfiqurasiya etmək, onların işlək vəziyyətdə saxlanmasına və yenilənməsinə nəzarət etmək;
Səs, data (HTTP, FTP, video streaming və s.) və SMS xidmətləri üzrə Əsas Keyfiyyət Göstəricilərini (KPI) ölçmək: əhatə və siqnal keyfiyyəti (RSRP, RSRQ, SINR, RSCP, Ec/Io, RxLev, RxQual), zənglərin qurulma və kəsilmə göstəriciləri, ötürmə sürəti, gecikmə, handover uğurluluğu, səs keyfiyyəti (MOS) və s.;
Ölçmə nəticələrinin emalını (post-processing) aparmaq, əldə edilmiş məlumatları təhlil etmək və qiymətləndirmək;
Zəif əhatə, interferensiya, handover uğursuzluqları, zənglərin kəsilməsi və s. kimi problemli zonaları müəyyən etmək, onların səbəblərini araşdırmaq və həlli üzrə təkliflər hazırlamaq;
Operatorların xidmət keyfiyyətinin müqayisəli (benchmarking) təhlilini aparmaq;
Ölçmə nəticələri əsasında əhatə xəritələri, cədvəllər və qrafiklər hazırlamaq, texniki hesabat və təqdimatlar hazırlamaq;
Ölçmə nəticələrinin lisenziya şərtlərinə və müəyyən edilmiş keyfiyyət normativlərinə uyğunluğunu qiymətləndirmək, aşkar edilmiş uyğunsuzluqlar barədə hesabat hazırlamaq;
Vətəndaş müraciətləri və şikayətləri əsasında yerində ölçmələr aparmaq və nəticələrə dair rəy hazırlamaq;
Beynəlxalq standartlara (ITU-T, ETSI, 3GPP) uyğun ölçmə metodikalarının və prosedurlarının hazırlanmasında və təkmilləşdirilməsində iştirak etmək;
Ölçmə məlumatlarının sistemli şəkildə saxlanılmasını, arxivləşdirilməsini və məlumat bazasının aparılmasını təmin etmək;
Ölçmə sahəsində yeni texnologiyaları və metodları izləmək, onların tətbiqinə dair təkliflər vermək.
Tələblər
Ali təhsil (telekommunikasiya, radiotexnika, elektronika və ya digər müvafiq texniki ixtisas üzrə);
Mobil rabitə texnologiyaları (GSM, UMTS, LTE, 5G NR(arzuolunandır)), radio interfeys, siqnallaşma və protokollar haqqında dərin biliklərə malik olmaq;
Mobil rabitə şəbəkələrində drive test, RF ölçmə və ya şəbəkə optimallaşdırması sahəsində minimum 5 il iş təcrübəsi malik olmaq;
Drive test və walk test ölçmə alətləri ilə praktiki iş bacarığına malik olmaq;
Post-processing alətləri ilə işləmə bacarığı olmaq;
Xidmət keyfiyyəti (QoS/QoE) göstəriciləri və müvafiq beynəlxalq standartlar (ITU-T E.800, E.804, P.863, ETSI TS 102 250 və s.) haqqında biliklərə malik olmaq;
Sahədə (çöl şəraitində) işləməyə və ölkədaxili ezamiyyətlərə hazır olmaq;
Dil: Azərbaycan dili(mükəmməl), İngilis dili(yaxşı), Rus dili(arzuolunan);
RF planlaşdırma və optimallaşdırma prinsiplərini bilmək.