Təsvir

·      Qurumda tətbiq olunacaq Agile strategiyasının formalaşdırılması, icrasına rəhbərlik edilməsi və təşkilatın hədəfləri kontekstində nəticələrinin qiymətləndirilməsi;

·      Dövlət qurumlarına uyğun yanaşma və hesabatlılıq tələbləri çərçivəsində Agile mədəniyyətinin tətbiqi və dəyişikliklərin idarə edilməsinə rəhbərlik edilməsi;

·      Komandalara Scrum, Kanban və digər Agile çərçivələri üzrə təlimlərin təşkili, mentorluq və texniki dəstəyin təmin edilməsi;

·      Məhsul backloglarının yol xəritələrinə çevrilməsi və onların tamamlanana qədər izlənilməsi prosesində məhsul sahiblərinə və komandalara dəstək göstərilməsi və kouçinq edilməsi;

·      Agile sessiyaların effektiv təşkili, retrospektivlərdən çıxan fəaliyyət planlarının izlənilməsi və məhsul komandaları ilə birgə delivery proseslərinin optimallaşdırılmasına dəstək verilməsi;

·      Təşkilati mühitdə psixoloji təhlükəsizliyin və eksperimentlərin təşviqi, uğurların paylaşılması üçün təşəbbüslərin həyata keçirilməsi;

·      Agile metodologiyasına uyğun ölçülə bilən göstəricilərin tətbiqi və izlənilməsi üçün data dashboardların yaradılmasına rəhbərlik və fasilitasiya edilməsi;

·      Komandalar arasında çevik əməkdaşlıq mədəniyyətinin təşviq edilməsi və biliklərin paylaşılması üçün tədbirlərin təşkili;

·      Məhsul idarəetməsində yaranan asılılıq və çətinliklərin vaxtında aşkarlanması, onların effektiv tənzimlənməsi üçün əməliyyat proseslərinin yaradılması, izlənilməsi və təkmilləşdirilməsi;

·      Agile yanaşmasının tətbiqini dəstəkləmək məqsədilə təlim materiallarının, best-practice sənədlərinin və digər materialların hazırlanması, sistemləşdirilməsi və kommunikasiyası.

Tələblər

 

Təhsil və Sertifikatlar:

·     Ali təhsil (informasiya texnologiyaları, mühəndislik, layihə idarəetməsi və ya əlaqəli sahələr üzrə);

·     PMI-ACP, PSM, PSM II, Scrum Master, ICAgile Certified Professional (ICP), PSPO və ya digər sertifikatlarından bir neçəsi;

·     Müasir İKT, mobil proqram təminatları və digər informasiya texnologiyaları üzrə təhsil və ya praktiki təlimlər üstünlükdür.

İş təcrübəsi:

·     Agile komandalarla ən azı 3-5 il iş təcrübəsi;

·     Scrum Master, Product Owner və ya Agile Coach kimi praktiki rol təcrübəsi;

·     Layihə və ya proqram səviyyəsində Agile transformasiya layihələrində iştirak təcrübəsi.

Peşəkar bilik və bacarıqlar:

·     Agile və Lean prinsip və metodologiyaları haqqında dərin bilik;

·     Scrum, Kanban, SAFe, LeSS, Spotify modeli və digər çevik yanaşmalara dair praktiki təcrübə;

·     Komandalar arasında dəyişikliklərin idarə edilməsi, mentorluq və kouçinq bacarığı;

·     Konfliktlərin idarə edilməsi, empatik dinləmə və müsbət təsir göstərmək bacarığı;

·     Təşkilati çevikliyin qurulması və Agile mədəniyyətin formalaşdırılması üzrə liderlik keyfiyyətləri.

·     Jira, Confluence, Clickup, Miro və s. kimi Agile alətlərində yüksək səviyyəli təcrübə;

·     Agile ölçmə və analitika vasitələri üzrə təcrübə (velocity tracking, OKR-lar, KPIs və s.);

·     Rəqəmsal texnologiyalara və DevOps proseslərinə ümumi baxış bilikləri.

Dil bilikləri:

·     Azərbaycan dili – səlis (şifahi və yazılı);

·     İngilis dili – texniki sənədlərlə işləmək və təlim keçmək üçün yaxşı səviyyədə;

  • ·     Rus dili biliyi əlavə üstünlükdür (xüsusilə regional komandalarla işləmək üçün).

Vakansiya haqqında

Son tarix

October 11, 2025

Paylaşılıb

sentyabr 1, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya here

Maliyyə, Biznes və idarəetmə