İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Aparıcı biznes analitik

Dünən

292

Təsvir

-      Rəqəmsal yetkinliyin qiymətləndirilməsində dəstək olunması və məlumatların toplanılması;

-      Rəqəmsallaşma layihələrində tərəfdaşlarla görüşlərdə iştirak edilməsi və qeydlərin hazırlanması;

-      Layihələrin təhlilində kömək edilməsi, məlumat toplanması və icra prosesində iştirak edilməsi;

-      BPMN, UML və digər metodlarla diaqramların hazırlanması və texniki sənədlərin hazırlanmasına dəstək verilməsi;

-      G2G, G2B, G2C biznes modellərinin anlaşılması və mövcud layihələr üçün həll təkliflərinin verilməsi;

-      Rəqəmsal transformasiya və avtomatlaşdırma təşəbbüslərində icra və dəstək səviyyəsində iştirak edilməsi;

-      Sistem inteqrasiyası və texniki məhdudiyyətləri nəzərə alaraq analitik həllər hazırlamağa dəstək verilməsi;

-      Sistem dizaynı tələblərinin müəyyənləşdirilməsi və dizayn prosesində dəstək olunması;

-      Şöbə müdirinin və departament rəhbərliyinin texniki tapşırıqlarının icra edilməsi və hesabat verilməsi;

-      Yeni texnologiyalar, rəqəmsal trendlər və beynəlxalq təcrübələri araşdıraraq mövcud layihələrdə tətbiqi ilə bağlı tövsiyələrin verilməsi;

-      Mövcud biznes proseslərinin və rəqəmsal həllərin təhlilində dəstək olunması və avtomatlaşdırma üçün təkliflərin hazırlanması;

-      Verilənlər bazası üzrə sorğuların aparılması və məlumatların təhlilinə dəstək verilməsi;

-      Fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunması;

-      Qanunvericiliyə uyğun olaraq, konfidensiallıq əsasında Departamentin fəaliyyəti ilə bağlı bütün məsələlərin məxfiliyinin və anonimliyinin qorunması;

-      Fəaliyyət istiqamətlərinə uyğun olaraq İdarə Heyətinin sədrinin digər müvafiq tapşırıqlarını səlahiyyətləri çərçivəsində, həmçinin əmək qanunvericiliyi və digər müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun yerinə yetirilməsi.

Tələblər

-      ali təhsil (rəqəmsal transformasiya, informasiya texnologiyaları, kompüter mühəndisliyi, sistem analizi, dizayn və ya müvafiq sahələr);

-      Biznes proses analizi və rəqəmsal transformasiya sahəsində ən azı 3–4 il iş stajı;

-      biznes proses modelləşdirmə dilləri (BPMN, UML);

-      API inteqrasiyası və məlumat mübadiləsi prinsipləri barədə anlayış;

-      SQL və ya digər verilənlər bazası sistemləri üzrə baza bilikləri;

-      analitik düşüncə və problem həll etmə qabiliyyəti;

-      istifadəçi tələblərinin toplanması və sənədləşdirilməsi;

-      vizual diaqramlar və prototiplərin hazırlanması;

-      komanda ilə işləmə və effektiv ünsiyyətqurma;

-      yaradıcı yanaşma, dəqiqlik, məsuliyyət, dəyişikliklərə adaptasiya bacarığı;

-      dəyişikliklərə uyğunlaşma bacarığı;

-      azərbaycan dili – sərbəst; İngilis dili – texniki sənədləşdirmə və peşəkar ünsiyyət səviyyəsində; Rus dili üstünlükdür;

-      Figma, Jira, Confluence kimi alətlərlə işləmə bacarığı;

-      sistem dizayn biliklərinin olması;

-      BRD, FRD, SRS sənədlərini tərtib etmək bacarıqları;

-      dataları sorğulayaraq onları analiz edib mövcud proseslərdə dəyişiklik tələblərinin çıxarılması;

-      Agile/Scrum və ya Waterfall metodologiyaları barədə bilik;

-      ixtisas üzrə beynəlxalq sertifikatların olması üstünlükdür;

-      Fərqli domenlərdə Rəqəmsallaşma, İT Biznes Analitik kimi iş təcrübəsinin olması (məsələn: Rəqəmsal Dövlət, Rəqəmsal Bankçılıq, FinTech və s.)

Vakansiya haqqında

Son tarix

March 25, 2026

Paylaşılıb

February 23, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Digər

Təhsil

Bakalavr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə