İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Aparıcı layihə meneceri

Bu gün

11

Təsvir

İRİA-nın Rəqəmsal məhsulların inkişafı departamentinə qoşulmaq üçün məhsul və layihə idarəetmə sahəsində güclü kompetensiyalara malik Aparıcı Layihə Meneceri axtarırıq. Bu vəzifə rəqəmsal platformaların strategiyaya uyğun planlanması, inkişafı və davamlı təkmilləşdirilməsini təmin etməyi nəzərdə tutur.


  • Layihə sənədlərinin (Project Charter, Roadmap, Risk Register, Stakeholder Register və s.) hazırlanması, yenilənməsi və idarə olunması; mərhələlərin (milestone) vaxtında və keyfiyyətlə icrasının təmin edilməsi;
  • Layihə çərçivəsində büdcə, resurs, vaxt və keyfiyyət göstəricilərinin effektiv idarə olunması; dəyişikliklərin və risklərin operativ şəkildə qiymətləndirilməsi və idarə edilməsi;
  • Tapşırıqların və komanda fəaliyyətinin layihə idarəetmə alətləri (Jira, Confluence və s.) vasitəsilə planlaşdırılması, prioritetləşdirilməsi və icra monitorinqinin aparılması;
  • Dövlət qurumları və aidiyyəti texniki komandalar ilə koordinasiyanın təmin edilməsi; maraqlı tərəflərin gözləntilərinin, qərarların və asılılıqların idarə olunması;
  • Layihə məqsəd və nəticələrinin təşkilatın strateji prioritetləri və müəyyən edilmiş KPI-larla uyğunlaşdırılması; normativ və hüquqi tələblərə riayət olunmasının təmin edilməsi;
  • Qeyri-müəyyənlik və dəyişkən mühitdə prioritetlərin formalaşdırılması, strukturlaşdırma və effektiv qərarvermənin təmin edilməsi;
  • Layihə statusu üzrə müntəzəm hesabatların və idarəedici təqdimatların hazırlanması, şəffaf kommunikasiya mühitinin təmin edilməsi;
  • Komanda motivasiyasının qorunması, rolların və məsuliyyətlərin dəqiq müəyyən edilməsi; hesabatlılıq və nəticəyönümlü iş mədəniyyətinin təşviqi.


Tələblər

  • Ali təhsil (İT, biznes idarəçiliyi, layihə idarəetməsi və ya müvafiq sahə üzrə);
  • Rəqəmsal layihələrin idarə olunması sahəsində minimum 2–3 il iş təcrübəsi;
  • Layihə idarəetməsi, strateji planlama və risklərin proaktiv idarə olunması üzrə təcrübə;
  • Agile, Scrum, Kanban, Hybrid və Waterfall metodologiyaları üzrə dərin bilik və praktik təcrübə;
  • Maraqlı tərəflərlə effektiv ünsiyyət və qərarvermə bacarığı;
  • Komandaya liderlik və mentorluq bacarığı, motivasiya və peşəkar inkişaf təşəbbüslərinin təşkili təcrübəsi;
  • Jira Software və ya digər tapşırıq idarəetmə sistemləri, eləcə də ESD və oxşar sistemlərlə iş təcrübəsi;
  • İT infrastrukturu, DevOps prosesləri və SDLC (Software Development Life Cycle) üzrə ilkin və ya orta səviyyədə bilik;
  • Superset, Tableau və digər analitika/vizuallaşdırma alətləri ilə işləmə bacarığı üstünlükdür;
  • Qrup və fərdlər qarşısında təqdimat bacarığı;
  • PMP, PRINCE2 Foundation və digər layihə idarəetmə sertifikatları üstünlükdür;
  • Rəqəmsal transformasiya və ya beynəlxalq tərəfdaşlıq proqramlarında iştirak üstünlük hesab olunur;
  • Məsuliyyətlilik, detallara diqqət və operativlik.

Vakansiya haqqında

Son tarix

April 3, 2026

Paylaşılıb

mart 4, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə