Təsvir

  • İT layihələrində maraqlı tərəflərlə (stakeholder) keçirilən ilkin görüşlərdə iştirak etmək;
  • Layihələrin başlanğıcında analiz yol xəritəsini hazırlamaq;
  • İT layihələrinin tələblərinin toplanması, texniki tapşırıqların hazırlanması və texniki komandaya ötürməsi prosesində mütəxəssis və aparıcı mütəxəssislərə bələdçilik etmək;
  • G2G, G2B, G2C biznes modellərini anlamaq və həll yolları vermək;
  • Mövcud biznes proseslərini və mövcud rəqəmsal məhsulları təhlil edərək onların optimallaşdırılması və avtomatlaşdırılması üçün həllər təklif etmək;
  • Rəqəmsal transformasiya və avtomatlaşdırma təşəbbüslərində iştirak etmək;
  • Biznes prosesləri tənzimləyən daxili normativ sənədlərdə məlumatların (prosesin) düzgün əks etdirilməsi, proseslərin mapping-ı (flow chart-ların hazırlanması və hazırlanmasında dəstək olmaq);
  • Sistem inteqrasiyası və texniki məhdudiyyətləri nəzərə alaraq analitik həllər təklif etmək;
  • Sistem dizaynı tələblərini müəyyənləşdirmək, sistem dizaynında daha yaxından iştirak etmək;
  • Digər mütəxəssislərin karyera inkişafında bələdçilik etmək.

Tələblər

  • Ali təhsil: Biznesin idarə olunması, İnformasiya sistemləri və ya əlaqəli sahələr üzrə;
  • Minimal təcrübə tələbi: 4 il, xüsusilə rəqəmsal transformasiya sahəsində, G2B layihələrdə;
  • Minimal olaraq “Upper Intermediate" səviyyəsində İngilis dili, Rus dili biliyi arzu olunandır;
  • Figma, Jira, Confluence kimi alətlərlə işləmək bacarığı;
  • Sistem dizayn üzrə biliklərin olması (C4 Modeli): informasiya sistemlərinin Kontekst, Konteyner və Komponent səviyyələrində modelləşdirilməsi, arxitektura quruluşunun və sistemlərarası inteqrasiyaların diaqramlar vasitəsilə sənədləşdirilməsi;
  • DataBase texnologiyaları ilə yüksək səviyyədə işləmə qabiliyyəti;
  • BPMN, UML kimi modelləşdirmə dilləri haqqında yüksək səviyyədə biliklər;
  • Camunda üzrə biliklərin olması;
  • Postman və/və ya Swagger kimi alətlərlə işləmək;
  • OpenAPI (Swagger) – OAS 3.x standartları üzrə biliklər, API spesifikasiyalarının hazırlanması və təhlili bacarığı;
  • BRD, FRD, SRS sənədlərini tərtib etmək bacarıqları;
  • Müxtəlif funksional komandalarla işləmə və mürəkkəb tələbləri miqyaslana bilən platforma funksiyalarına çevirmə bacarığı;
  • Low-code platformalar, CMS idarəetməsi və API əsaslı xidmət inteqrasiyası sahəsində güclü biliklər;
  • AI/ML və Generative AI əsaslı funksionallıqlar üçün biznes və sistem tələblərinin formalaşdırılması, input/output ssenarilərinin və acceptance kriteriyaların müəyyən edilməsi bacarığı;
  • AI servisləri ilə inteqrasiya ssenarilərinin (API əsaslı AI servis istifadəsi, data flow və interaction) təhlili və diaqramlaşdırılması bacarığı;
  • n8n və oxşar automation platformalarında AI-əsaslı inteqrasiya və workflow-ların qurulması, servis və API-lərin orkestrasiya olunması üzrə praktiki işləmə bacarığı üstünlükdür;
  • Agile/Scrum və ya Waterfall metodologiyaları barədə bilik üstünlükdür;
  • İxtisas üzrə beynəlxalq sertifikatların olması üstünlükdür.

Vakansiya haqqında

Son tarix

March 26, 2026

Paylaşılıb

fevral 24, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik