İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Ana səhifə
/
/
/
Beynəlxalq Əməkdaşlıq üzrə Mütəxəssis (International Cooperation Specialist)

Beynəlxalq Əməkdaşlıq üzrə Mütəxəssis (International Cooperation Specialist)

Bu gün

3

Təsvir

  • Beynəlxalq təşkilatlar, inkişaf tərəfdaşları, donor qurumlar, maliyyə institutları və xarici şirkətlərlə əməkdaşlıq imkanlarının müəyyən edilməsi və inkişaf etdirilməsi;
  • Xarici tərəfdaşlarla yazışmaların, görüşlərin və danışıqların təşkili və koordinasiyası;
  • Yeni tərəfdaşlıq imkanları üzrə bazar və sektor araşdırmalarının aparılması;
  • Potensial investorların, texnologiya şirkətlərinin və innovasiya tərəfdaşlarının cəlb olunmasına dəstək göstərilməsi;
  • Beynəlxalq əməkdaşlıq layihələrinin hazırlanması və icrasının əlaqələndirilməsi;
  • Memorandumlar, əməkdaşlıq sazişləri, niyyət protokolları və digər sənədlərin hazırlanmasında iştirak;
  • Beynəlxalq tədbirlərin, forumların, sammitlərin, nümayəndə heyətlərinin səfərlərinin təşkili və koordinasiyası;
  • Strateji tərəfdaşlıqlar üzrə təhlillərin, arayışların, təqdimatların və rəhbərlik üçün brifinq materiallarının hazırlanması;
  • Qlobal innovasiya, texnologiya və rəqəmsal inkişaf trendlərinin monitorinqi;
  • Beynəlxalq əməkdaşlıq portfelinin idarə olunması və hesabatlılığın təmin edilməsi.

Tələblər

Tələb olunan təhsil və təcrübə:

  • Beynəlxalq münasibətlər, iqtisadiyyat, biznesin idarə edilməsi, dövlət idarəçiliyi və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • Minimum 3 il müvafiq iş təcrübəsi;
  • Beynəlxalq təşkilatlar, inkişaf agentlikləri, donor qurumlar və ya korporativ beynəlxalq əməkdaşlıq sahəsində təcrübəyə üstünlük verilir;
  • Beynəlxalq layihələrin idarə olunması və tərəfdaşlıq qurulması sahəsində təcrübə üstünlükdür;
  • Beynəlxalq tədbirlərin təşkili sahəsində təcrübə üstünlük hesab olunur.


Tələb olunan bilik və bacarıqlar:

  • Beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq modelləri üzrə biliklər;
  • Güclü analitik və tədqiqat bacarıqları;
  • Bazar araşdırması və biznes inkişafı bacarıqları;
  • Layihələrin idarə olunması üzrə biliklər;
  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Danışıqların aparılması və təqdimat bacarıqları;
  • MS Office proqramlarında peşəkar istifadə bacarığı.

 

Dil bilikləri:

  • Azərbaycan dili – əla
  • İngilis dili – əla
  • Rus dili – üstünlükdür

Vakansiya haqqında

Son tarix

July 8, 2026

Paylaşılıb

iyun 8, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə